Tənhalıqla mübarizədə

loading...

 Tənhalığı 21-ci əsrin xəstəliyi adlandırırlar. Və son zamalar bu xəstəlikdən bir çoxları əziyyət çəkir.

Alimlər hesab edir ki, qadınlar daha çox hallarda özlərini tənha hss edirlər, çünki onlar kişilərə nisbətən daha emosional olur. Onlar məhəbbətdən dostluqdan daha çox dəstək və məsləhət gözləyirlərr.

Tənhalığın ziyanları

Sağlamlığa ziyandır.Çikaqo Universitetində aparılan araşdırmalara görə, tənhalıq hissi siqaret və içki qədər insan sağlamlığına ziyan vura bilər. Bu hissə qapılan insanlarda əsəb, ürək-damar və digər xəstəliklərə tutulma ehtimalı böyükdür.

Tənhalıq “keçicidir”
Tənha insan öz tənhalığı və necə bədbəxt olduğu haqda danışanda onu dinləyənlər də həmin hisslər keçirə bilərlər. Digərlərinə etibar hissi itirr.

Bir qayda olaraq sevdikləri onlara xəyanət etdikdə insanlar özlərini  tənha hiss edirlər. Bu stresdən qaçmaq üçün tənhalığa qapılmaq onlara yeganə çıxış yolu kimi görünür. Lakin bu hərəkət onlarda  tədricən insanlara olan inamı itirir.

Təhnalığın üstünlükləri

Hesab olunur ki bir müddət üçün tənha qalmaq faydalıdır. Bəzi insanlar bunun üçün dağlara, bəziləri isə təbiət qoynunda istirahət etmək üçün çəkilir. Mütəxəssislər bu zamanı faydalı dəyərləndirməyi məsləhət görür. Məsələn, xarici dil kurslarına, maşın sürmək kurslarına yazılmağınızda fayda var. Bundan əlavə xarici görünüşünüzdə dəyişiklik etmək və masaja getmək yararınıza olacaq.

Tənhalıqla mübarizədə

1. Özünüz və digərləri haqda olan düşüncələri dəyişməyə çalışın.

İnsanların çoxu tənhalığa qapıldıqda özləri haqqında daha pis düşünməyə başlayırlar. Onlar özlərini qınadıqca daha da bədbinləşirlər. Və bir müddət sonra ətraflarında olan insanlara da nifrət etməyə başlayırlar. Buna görə vəziyyəti dəyişmək üçün ilk öncə özünüzdən başlamalısınız.

2. Dünyaya açılın.

Nə qədər çətin olsa da ətrafdakılarla ünsiyyəti ldən verməməyə çalışın. Qonşular, dost və tanışlarla əlaqəni kəsməyin.

3. Köhnə əlaqələri bərpa edin.

Biz çox vaxt tənhalıqdan şikayət etdikdə, bizə ehtiyacı olanları heç yadımıza salmırıq. Yaşlı baba və nənələrimizin, qohumlarımızın bizim köməyimizə və dəstəyimizə ehtiyacı olduğunu bilməliyik. Yeni dost axtarmaqdansa bəlkə köhnə tanışlarıı axtararaq onlarala görüşməyi təklif edəsiniz?

4. Tənhalıq hissinə qapıldığınızda spirtli içki və narkotiklərdən uzaq durun. Onlar sizi yalnız bir müddət üçün bu hissdən azad edəcək.

5. Özünüzü karyeranıza həsr edin.

Siz daima karyera yüksəlişi haqqında düşünsəniz özünüzü qınamağa vaxtınız qalmayacaq. Həmçinin tanışlıq əhatəniz genişləndikcə maraqlı insanlarla tanış olmaq şansınız artacaq bu isə həyatınıza rəng qatacaq.

Şərh yaz