Tərəvəzli ağ bulyon

Müəllif:
1234

Zəruri ərzaqlar:

kabak — 300 q
kələm özəyi — 150 q
kök—l00 q
yumurtanın ağı — 3 ədəd
cəfəri kökü — 1 ədəd
cəfəri — 2 şaxə
şüyüd — 2 şaxə
ryajenka — 4 xörək qaşığı
süd— 2 xörək qaşığı
duz — zövqə uyğun

Yaxşıca yuyulmuş kabakları, kökü, kələm özəyini və cəfəri kökünü xırda-xırda doğramaq. Qapağın altında duzlu suda yarım saata yaxın qaynatmaq. 1 saata yaxın kənarda saxlayıb süzmək.

Yumurtanın ağını südlə qarışdırıb, yağlı tavada qızartmaq. Omleti soyudub kəsmək.

Tərəvəz bulyonunun üzərinə ryajenka əlavə edib, boşqablara tökmək. Boşqablara omlet qoyub, üzərini xırda doğranmış cəfəri və şüyüdlə bəzəmək.