Tərxundan hazırlanmış içki

loading...

Yüngül təravətləndirici içki isti yay günlərində susuzluğunuzu yatıracaq və bütün gün sizi gümrah və əla əhval-ruhiyyədə edəcək. Ev şəraitində hazırlanmış içki çox dadlı və faydalıdır, yorğunluqdan azad edir və yalnız təbii məhsullardan ibarətdir.

İçkinin hazırlanması üçün sizə lazım olacaq:

  • Tərxun – 1 dəstə,
  • Limon – 1 əd.,
  • Su – 1 l.,
  • Şəkər tozu – 1 stəkan,
  • Qazlı su.terxun-limon
  1. Tərxunu axar suyun altında yuyun, qurudun və doğrayın. Sonra tərxunu gil küpəyə tökün, üzərinə qaynar su əlavə edib qapağını örtün ki, içki dəmlənsin.terxun
  2. Qənd siropu hazırlayın. Bunun üçün limonun şirəsini sıxın. Şəkər tozunun üzərinə isti su tökün və o həll olunana qədər qarışdırın, sonra isə limon şirəsi əlavə edin.terxun
  3. Hazır içkini qənd siropu ilə birləşdirib qarışdırın. İçməzdən əvvəl içkiyə qazlı su əlavə edin ki, əsl limonad alınsın.terxunterxunterxun
Şərh yaz