Təzə iş yerində Sizə hörmət

loading...

Yeni iş – yeni həyatdır və bu o deməkdir ki, kollektivdə nüfuzu yenidən qazanmaq lazım olacaq. Çalışmaq lazımdır ki, kollektiv yenini qəbul etsin – və ya gizli lideri tanısın.

Birinci qayda – həmişə yaxşı və baxımlı görünmək lazımdır. Geyimə görə qarşılayıb, ağıla görə yola salırlar. Buna görə hər bir şey əhəmiyyətlidir – saç düzümü, ayaqqabı, makiyaj.

Özünüzə güvənin. Sizin nitqiniz sakit və arxayın olmalıdır. İnsanlara mütləq gülümsəyin!

Yeni kolleqalarla danışıq vaxtı onların gözlərinin içinə baxın – bu ünsiyyətdə sizin marağınızı vurğulayır və bu ona dəlalət edir ki, siz onlardan çəkinmirsiniz. Əgər siz bunu edə bilmirsinizsə, onda qaşların arasına baxmağa çalışın. Həmsöhbətinizə elə görünəcək ki, siz düz gözlərinə baxırsınız.

Adları yadda saxlamağa çalışın.

Xeyirxah və ünsiyyətcil olun. Danışıqlara qoşulun, öz bilikləriniz və fikirlərinizlə bölüşün.

Kobudluğa və kobud davranışı özünə rəva görməyin. Əminliyin hissinin saxlanılması üçün bəzi insanlara başqa insanlarla bağlı ədəbsizliyi göstərmək lazımdır

Daha  böyük yer tutun. İnsanın təvazökar oturması özünə inamsızlığından  xəbər verir. O stulun qırağında oturur, heç kəsə mane olmamağa çalışır, dirsəklər sıxılmış, ayaqlar stulun altında çarpazlaşdırılmışdır vəziyyətdədir. Sizə necə xoşdursa özünü cəmiyyət içərində də elə  aparmağa çalışın.

Qamətinizi düz saxlayın, daha az əl-qolu ilə hərəkət edin. Əgər siz rəhbərsinizsə, onda bu sizin birinci qaydanız olmalıdır.

Səmimi olmağa çalışın.

Yerinə yetirə bilməyəcəysiniz işlərdə söz verməyin. Həmişə və hər yerdə sözünüzü tutun. Əks təqdirdə sizi yalançı kimi tanıyacaqlar.

İstənilən iş prosesində sizin köməyiniz lazım ola bilər bu normal haldır. Amma, kolleqalara kömək edərkən çoxda emosiyalara qapılmayın. Bəzi insanlar üçün bu yaltaqlıq kimi, bəziləri üçün də onları səriştəsiz işçi hesab edirsiniz kimi görünə bilər.

Əgər siz rəhbərsinizsə, sizə tabe  olan işçiləri və onların maraqlarını müdafiə etməyi öyrənmək çox əhəmiyyətlidir. İlk iş günündən öz qayğınızı göstərin!

Vicdanla işləyin. Əgər yeni işçinin – tənbəl olduğunu bütün kollektiv anlayarsa, yerinə yetirilməmiş həcmlər onların çiyinlərinə düşəcək.

Daima oxuyun, mütəxəssis, rəhbər və sadəcə  bir şəxsiyyət kimi inkişaf edin.

İlk günlərdə kəşfiyyatla məşğul olun – kollektivə baxın. Kim kimlə dostluq edir, nə haqqında söhbətlər edirlər və s.

Hər kollektivdə dedi-qodu edənlər var. Onlara qoşulmaq  və onlarla müharibə aparmaq lazım deyil. Çünki hər halda siz uduzacaqsınız. Ən yaxşı variant – insanı dinləmək və üzrlü bəhanənin altında uzaqlaşmaq. Heç bir halda və heç  kimlə eşidilmiş xəbərləri müzakirə etməmək. Axı dedi-qodularla mübarizənin mükəmməl vasitəsi – etinasızlıqdır.

Kollektiv yığıncağlarda iştirak edin – bu kollektivi bərkidir. Əgər hamı restorana, teatra, kinoya, iməciliyə gedirsə sizdə onlarla gedin.

Hamının xoşuna gəlməyə çalışmayın – bu mümkün deyil. Özünüz olun. Çünki hər yerdə öz fikri və düşüncə tərzi olan şəxsiyyətlər qiymətləndirilir.

Başqa insanların müvəffəqiyyətinə sevinməyi bacarın. Bu sizin xeyirxahlığınızı vurğulayır.

Müvafiq olaraq tənqidi qəbul edinvə sakitcə dinləyin.

loading...
Şərh yaz