Tiramisu dondurması

loading...

İtalyan mətbəxinin bütün həvəskarları, xüsusən də zərif Tiramisu çərəzinin pərəstişkarları üçün “Tiramisu” dondurmasının reseptini təqdim edirik.

Tiramisu çərəzi yalnız İtaliyada deyil, bütün dünyada məşhurdur.

Tiramisu dondurmasını hazırlamaq üçün sizə lazım olacaq:

  • Maskarpone pendiri – 500 q.,
  • Qaymaq (33% yağlı) – 300 ml.,
  • “Savoyardi” peçenyesi – 200 q.,
  • Dənli qəhvə – 3-4 x.q.,
  • Konyak – 2-3 x.q.,
  • Qəhvə siropu – 2-3 x.q.,
  • Şokolad – 100 q.,
  • Şəkər – zövqə görə,
  • Şəkər tozu – zövqə görə.

Dondurmanın hazırlanması:

  1. Qəhvə dənlərini xırdalayın, üzərinə 300 ml. su əlavə edib qəhvə dəmləyin. Qəhvəni dənlərindən ayırmaq üçün süzün, üzərinə zövqə görə şəkər əlavə edin və soyumağa qoyun. Sonra soyudulmuş qəhvəyə konyak əlavə edib qarışdırın.
  2. Şokoladı xırdalayın.
  3. Qaymağı çalın, üzərinə maskarpone pendirini və qəhvə siropunu əlavə edib qarışdırın. Əgər qarışıq kifayət qədər şirin deyilsə, bu zaman üzərinə zövqünüzə görə şəkər tozu əlavə edin.
  4. Silikon kürəyinin köməyi ilə şokolad qırıntısını qaymağa qatıb qarışdırın.
  5. Plastik konteynerə nazik paket salın. Peçenyeləri növbə ilə soyumuş qəhvəyə batırıb konteynerin dibinə düzün.
  6. Peçenyelərin üzərin qaymağın yarısını əlavə edin. Yenə həmin qayda ilə qəhvədə isladaraq üzərinə bir qat peçenye düzün və üstündən qalan qaymağı əlavə edib kürəklə hamarlayın. Konteynerin üzərinə nazik paket çəkib bir neçə saatlıq soyuducuya yerləşdirin.
  7. Süfrəyə verməzdən əvvəl dondurmanı boşqaba çevirin və çərəzi şokolad qırıntıları və giləmeyvələrlə bəzəyin.

 

[justified_image_grid facebook_id=122845817774316 facebook_album=733880553337503]

Şərh yaz