Toppuş qızlar – ağlar, qaralar

loading...

Öz xarici görkəminə və bədən quruluşuna laqeid olan qadın təsəvvür etmək çətindir. Hər birimiz gözəl görünməyə can atırıq. Əgər gözəl bədən formalarına sahib olan qadına paltar seçmək asandırsa, dolu qadınlar üçün bu əsl işgəncədir.

Ciddi pəhriz və fiziki məşqlər çıxış yolu deyildir. Odur ki, dolu bədən formaları ilə necə gözəl görünməyin sirrlərini sizə xəbər veririk.

Təəssüf ki, çox az brendlər kök xanımların bədən quruluşunu nəzərə alaraq paltar istehsal edir. Lakin, düzgün parça növü və fason seçməklə bədəndə çatışmazlıqları gizlətmək mümkündür.

Parça.

Geyindiyiniz paltarın parça növü çox vacibdir. Məhz o paltarın bədəninizdə necə oturacağını təmin edir.Dolu xanımlar kobud (moxer, drap, qalın trikotaj), tüklü (həz) materiallardan uzaq qaçmalıdırlar.

Şəffaf parçalara gəlincə isə bu parça növü bədəninizin yaraşıqlı hissələrini vurğulamalıdır (məsələn, dekolte hissənizi).

Parıltılı parçalar (krujeva, atlas) dolu xanımların problemli hissələrindən diqqəti  uğurlu şəkildə yayındıra bilirlər. Sadəcə düzgün fason seçməyiniz yetərlidir.

Rənglər

Ağ rəng kombinasiyası düzgün istifadə edildiyi halda dolu xanımlar üçün qadağan deyildir. Əsas şərt odur ki, bədən formanız qeyri standartdırsa bu rəngi pencək və ya şalvarda istifadə etməyəsiniz.

Qara rəng bir çox çatışmazlığı gizlətsə də yalnız bu rəngdən istifadə etməyiniz düzgün deyildir. Mavi və salat rəngi bədəni vizual olaraq arıq göstərir.

Print

Xırda güllü və ya qeometrik naxışlı printlər dolu bədəni bir qədər də dolu göstərir, həmçinin horizontal zolaqlar arıq xanımların seçimi olmalıdır. İri gülləri olan print dolu xanımlara uyğundur.

Fason

Dolu xanımlar çox vaxt “meşok” formalı geyimə üstünlük verir. Lakin bu yanlışdır. Eyni zamanda bədənə yapışan paltar da kök xanımlara qəti qadağandır.

Bədənə yapışan geyimdə drapirovkalar istifadə olunarsa bu geyim sizlikdir.

Açıq-saçıq geyim

Mini-ətək, qısa şort və toplar kök xanımları vulqar göstərir. Buna görə daima dekolte və uzunluq məsələlərinə diqqət yetirin.

Şərh yaz