Toy hazırlıqlarına necə başlamalı?

loading...

Mükəmməl bir toy üçün sizə təqdim edilən təkliflərdən maksimum dərəcədə istifadə edin.

Toyunuzu planlaşdırmağa başlayarkən panika yaratmağa ehtiyac yoxdur.

  • İlk olaraq toyunuzu reallaşdıracağınız məkanı seçin, təşkili ilə bağlı müvafiq şirkətlərlə əlaqə saxlayın. Xüsusilə də əgər toyunuzu yaz mövsümündə etmək istəyirsinizsə məkanlar tutulmamış hərəkətə keçin.
  • Gəlin namizədlər gəlinliyi, adaxlılar isə bəyliklərini seçməlidilər. Seçəcəyiniz geyimlərin əyri-ərsiyini nəzərə alsaq, onları da düzəltməyin vaxt aparacağı üçün ilk görülən işlər sırasına geyim seçməyi də əlavə edin. Unutmayın ki, qabyuyan və ya paltaryuyan maşın olmasa evlənmək olar, amma gəlinliksiz və bəyliksiz bu mümkün deyil.
  • Bal ayı məkanı axtarışına başlayın. Çünki, toya qədər çox yorucu günlər keçirəcəksiniz, bu səbəbdən də toydan sonra həyat yoldaşınızla bərabər istirahətə böyük ehtiyacınız yaranacaq.
  • Dəvətnamələrlə məşğul olun. Qonaqlarınızı daha gözəl formada toy gününüzdə sizinlə bərabər vaxt keçirməyə dəvət etmək üçün dəvətnamələri fərqli dizaynda hazırlamağa çalışın.
  • Toy gününüzün yaddaqalan məqamlarını sizə hər zaman xatırladacaq, əlbəttə ki, şəkillərdir. Adətən toy mövsümündə bacarıqlı fotoqrafların gündəliyi daha sıx olur. Onun üçün də toydan bir müddət əvvəl fotoqrafla əlaqə saxlayıb görüşün.
  • Gəlin saçı və makiyajı üçün seçim edin. Fərqli stilistlərin, vizajistlərin əl işlərini nəzərdən keçirin. Xəyallarınızdakı kimi gəlin görünmək arzusundasınızsa mütləq işlərinizi tələsmədən həyata keçirməlisiniz.
  • Gəldik ən şirin məqama – toy tortunun hazırlanması məqamına. Bunun üçün də tort bişirən ustayla görüşməlisiniz. Unutmayın ki, toylarda bu ilin dəbi tək-tək olan tortlardır.
  • Toy musiqilərinizi də əvvəldən seçin, gecə boyunca musiqi mövzusunda əskiklik hiss etməmək üçün ikiniz birlikdə siyahı tutun. Xüsusilə, ilk rəqs və nikah kəsiləndə səslənən musiqi həyatınız boyunca unutmayacağınız musiqilərdən olmalıdır.
  • İşin ən zövqlü tərəflərindən biri, şübhəsiz ki, yeni evinizin dekorasiyasıdır. Yeni eviniz üçün sizə gərəkli olacaq əşyaların siyahısını tutun. Birlikdə müxtəlif mağazalara baş çəkib lazımlı əşyaları almaqla istədiyiniz kimi bir evə sahib olacaqsınız.
Şərh yaz