Toyuqlu, yaşıl lobyalı salat

1234
loading...

Görünüşü və dadı ilə tam bir sənət əsəridir.

Böyük restoranların salat menyusundə ilk beşliyə daxildir.

Restoran menyusunu evinizə gətirin və qonaqlarınızı təəccübləndirin.

8 nəfərlik Bişmə müddəti 15-20 dəqiqə

İçindəkilər:

  • 10-12 ədəd təzə lobya
  • 1 çay qaşığı duz
  • 2 ədəd şəkər
  • 1 kahı
  • Yarım dəstə şüyüd
  • 8-10 ədəd balaca pomidor
  • 2 xörək qaşığı dolu küncüt
  • 1 ədəd toyuq döş əti
  • 2 xörək qaşığı qargıdalı yağı
  • 1 xörək qaşığı soya sousu

Sousu üçün

  • 4 xörək qaşığı zeytun yağı
  • 4 xörək qaşığı balzamik sirkə və ya alma sirkəsi
  • 1 çay qaşığı duz

Hazırlanması:

Bir qazanın yarısına qədər su qoyun. İçinə yarım çay qaşığı duz və 2 ədəd kəsmə şəkər atın. Su qaynamağa yaxın təmizlədiyiniz lobyaları bölmədən, uzun halda qazana əlavə edin və 15 dəqiqə qaynadın.

Bir kənarda içi suyla dolu dərin bir qab götürün. Suya buz atın. Sonra lobyaları həmən qaynayan sudan çıxardıb buzlu soyuq suya əlavə edin ki, rəngi qaralmasın. Yaşıllıqları və pomidorları yuyub bir kənara qoyun, suyu süzülsün.

Bu arada küncütü tefal tavaya qoyub orta dərəcəli ocaqda, öz yağında qarışdıraraq 3-4 dəqiqə qovurun.

Digər tərəfdə 2 yemək qaşığı qarğıdalı yağını geniş bir tava-da qızdırın. Barmaq şəklində doğradığınız toyuq döş ətini əlavə edin. Tavayı sallayaraq əti 8-10 dəqiqə qızardın. Uzərinə soya sousunu əlavə edib orta dərəcəli ocaqda 5 dəqiqə da-ha bişirdikdən sonra ocaqdan alın.

Göyərtiləri geniş bir salat qabına alıb qaynamış təzə lobyaları buzlu sudan çıxarın və yaşıllıq-ların üzərinə tökün. Bunun üzərinə toyuq ətini və kiçik pomidorları da əlavə edərək qarışdırın. Sonra öz yağında qovrulmuş küncütləri də əlavə edərək qarışdırın.

Salatın sousunu hazırlamaq üçün: zeytun yağı, sirkə və duzu kiçik bir kasəyə töküb çəngəllə qarışdırın. Sousu salatın üzərinə gəzdirib salatı təkrar qarışdırın və servis edin.

loading...
SHARE
Şərh yaz