Ulduzların ən bahalı gəlinlikləri

loading...

Ulduzlar, qonaqları öz bahalı və orijinal geyimləri ilə təəccübləndirib, əsl şou göstərib, özlərinə unudulmaz toy tədbiri təşkil edirlər. Bu məqalədə sizə məşhurların ən qeyri-adi və bahalı gəlinlik libaslarını təqdim edirik.

Şahzadə Diananın gəlinliyi 100000-dən çox dollara başa gəlmişdi. Bu geyim şübhəsiz ki, ən bahalı donlardan hesab edilir və əsl krallara layiq gəlinlikdir.
Şahzadə Diana
Madonnanın 2000-ci ildə Qay Ritçiyə ərə gedərkən geyindiyi gəlinlik 80000 dollarlıq idi. Gəlinliyi məşhur dizayner Stella MakKartni hazırlamışdı.Madonna
Devid Bekxema ərə gedərkən, Viktoriya Adams da 100000 dollar qiymətində olan gəlinlik paltarı geyinmişdi.viktoria
Kino aktrisa Ketrin Zeta Consun gəlinliyi təxminən 140000 dollar dəyərində idi. Bu Kristian Lakroiks tərəfindən biser ilə tikilmiş əl işi idi.Ketrin Zeta Cons
2011-ci ildə Keyt Middlton və Şahzadə Uilyamın təmtəraqlı toy məclisi keçirilmişdi. Aleksandr MakKuindən olan gəlinlik təxminən 400000 dollar dəyərində idi.Keyt Middlton
Tramp Melani üçün gəlinlik eksklüziv olaraq onun şəxsi istəyi ilə məşhur moda evi Kristian Dior tərəfindən tikilmişdir. Beləliklə, don gümüşlə və atlas parçadan olan ləçəklərlə bəzədilmişdi. Gəlinliyin hazır olması üçün 550 saat vaxt sərf olunmuşdu və nəticədə gəlinlik 200 000 dollara başa gəlmişdi.Tramp Melani
Kristina Aqileranın gəlinlik libası yalnız öz yüksək qiymətiylə deyil, həm də orijinallığı ilə fərqlənirdi. Kristian Lakroiks bədənə tam oturan stil hesabına müğənninin incə belini vurğulayıb onun üçün ispan stilində gəlinlik tikmişdi.Kristina Aqilera
“Böyük şəhərdə seks” serialının ulduzu, Sara Cesika Parker Vivyen Vestvuddan olan dəbli gəlinlikdə ərə getmişdi. Gəlinlik öz orijinallığı və müasirliyi ilə fərqlənirdi. İpək atlas və kürəkdə olan qızılı naxışlı işləmələr ilə tikilmiş gəlinlik , gəlinə əla yaraşmışdı.Sara Cesika Parker
Son zamanlar ulduzlar üçün bir neçə toy geyimlərinin tikilməsi dəb halını alıb. Bu halda ulduzlar paltarlarını dəyişərək həm qonaqları təəccübləndirəcək həm də özləri həzz alacaqlar. Hərçənd ki, öz maliyyə imkanlarına baxmayaraq bəzi ulduzlar aşağı məbləğdə olan qəribə toy geyimlərinə üstünlük verirlər. Bəzi hallarda məşhurlar hətta toy libasının yerinə adi kostyumu da üstün tuta bilərlər.

Şərh yaz