Uşağa “YOX” necə deyək?

loading...

Hər bir uşağın tərifə ehtiyacı vardır, lakin uşaqlara “OLMAZ” sözünə də öyrəşdirmək lazımdır. Əlbəttə uşaqlara qəti etiraz etmək olmur, amma bu onların özünə xeyirlidir. Hər bir şeyə icazə verilən uşaqlar psixoloqların araşdırmalarına görə xoşbəxt deyillər və valideyinlərin onlara qarşı məsuliyyətsiz olduqlarını düşünürlər. Uşağa düzgün necə etiraz edək?

Ən əsası “YOX” sözünə körpəlikdən öyrətmək lazımdır. Əgər uşaq az yaşlarından hər hansı bir qadağaların olduğunu bilsə, böyüdükcə bu qadağaları qəbul etmək ona daha asan olacaq.

Qadağalar tez-tez olmamalıdır. “YOX” sözünü “OLMAZ”, “LAZIM DEYİL” sözləri ilə əvəz etmək olar. Uşağa az yaşlarından onun sağlamlığını düşünərək qadağalar qoymaq lazımdır. Beləki “bıçağı götürmək olmaz”, “ütüyə dəymək olmaz” və sair. Uşaq səs salırsa ona deyin: “Səs salmaq olmaz, ananın başı ağrayır…” Ən əsası sabah icazə verəcəyiniz bir hərəkəti ona bu gün qadağa etməyəsiniz. Uşaq çaşqınlıq yaşaya bilər.

Bundan başqa artıq körpəlikdən uşağa “YOX” deyəndə, mütləq bunun izahını da vermək lazımdır. Demək lazımdır ki, bıçaq əlini kəsə bilər, ütü istidir – yana bilər. Əgər uşaq dərsləri etməmiş, həyətə düşərsə, dərslərindən iki alar. Əgər uşaq “YOX” sadəcə sizin istəyiniz ilə deyil, bunun neqativ nəticələri ola bilər deyə dediyinizi bilməlidir. Əgər bunu uşağa körpəlikdən başa sala bilsəniz, gələcəkdə o, artıq özü nəyin yaxşı, nəyin pis olduğunu müəyyənləşdirə biləcək və sizin sözünüzə qulaq asacaq.

Uşaq mağazada nə isə almağı sizdən tələb edirsə, ilk öncə ondan nə üçün məhz bunu istədiyini soruşun. Əgər yalnız nə isə almaq xatirinə deyirsə, bunun üçün əlavə pulunuzun olmadığını söyləyin, ya da bunu alsanız digər onun üçün aldığınız südə, çörəyə, yoqurta, şirəyə pulunuzun çatmayacağını bildirin. Yox əgər istədiyi lazımlı bir şeydirsə, bunu ona alacağınıza söz verin (dərhal almayın), lakin sözünüzün üstündə də durun, uşağınız sizə inanmalıdır. Övladınız məktəbdə oxuyursa, cib xərcini bunu almaq üçün yığmağını da təklif edə bilərsiz.

Əgər hər hansı bir qadağanı qoymusunuzsa, sonadək ona riayət edin, əks halda başqa qadağaya “dırnaqarası” baxa bilər övladınız.

Həmçinin qadağaların yalnız uşaqlar üçün olmadığını da övladınıza izah edin. Özünüzü misal gətirərək, sizin üçün nə qadağa olduğunu deyə bilərsiz. Uşaqlar yalnız onlar üçün qadağa olduğunu düşünməyəcəklər və bu qadağaları adi bir hal kimi qəbul edəcəklər.

loading...
SHARE
Şərh yaz