Uşaq əmizdirməyin faydaları

loading...

Anaların körpələrinə verə biləcəyi ən qiymətli hədiyyənin faydaları

Əmizdirmə dövrü anayla körpə arasındakı bağın məkhəmləndiyi ən gözəl müddətdir. Əmizdirmənin fiziki və mənəvi cəhətdən körpəyə çox xeyiri var. İlk günlərdə əmizdirməklə bağlı bəzi problemlər və çətinliklər ortaya çıxa bilər, amma unutmaq olmaz ki, körpə doğulandan 6 ayına qədər ana südüylə qidalanmalıdır.

Yeni doğulan körpəyə 6 ay müddətində verilən ən gözəl hədiyyənin məhz ana südü olduğunu vurğulayan mütəxəssislər, əmizdirmənin ana üçün də faydalı olduğunu qeyd edirlər.

Doğuşdan sonra yaranan depressiya, vaginanın yığılması, artıq çəkinin atılması, qarın ağrısı və qəbizlik probleminin həllində ən praktik vasitə olan əmizdirmə eyni zamanda xərçəng riskinin də qarşısını alır.

Qadınları sümük əriməsindən qoruyan əmizdirmə, işləyən analara da tövsiyə edilir.

loading...
Şərh yaz