Uşaq mebeli seçərkən nələrə diqqət etməlisiniz…

Uşaq otağı
loading...

Uşağınız artıq ətrafında olub bitənləri idrak edəcək yaşdadırsa mebel almağa gedərkən onu da yanınızda aparın. Ancaq əyləncəli və rəngli görünüb funksional və etibarlı olmayan əşyalar bəyəndiyində ona “xeyr” deməyi bilin.

Qərar verməzdən əvvəl hansı mebel parçalarını alacağınızı təyin edin. Mebeli qoyacağınız sahəni ölçün və otağın şəklini bir kağıza çəkin.

Uşaq otağı üçün bir rəng təması təyin edin. Var olan mebel parçaları və yeni alacaqlarınızla rəng uyğunlaşmasını düşünün.

Uşaq otağının asanlıqla çirklənə biləcəyini düşünərək təmizləməsi asan məhsulları seçin. Məsələn otağa kreslo götürərkən üzərində, çıxarıla bilən parça olanından götürməyə üstünlük verin. Beləcə örtüyü tez-tez yuya bilərsiniz.

Keyfiyyətli mebel almağa diqqət edin. Uşaqların yataq və divan üzərində tullanma ehtimalını nəzərə alaraq , xüsusilə bu iki mebeldə möhkəm olanına üstünlük verin.

Uşaqlar, öz ölçülərinə uyğun olan kiçik divan, kreslo, stol kimi əşyalarla özlərini böyük və xüsusi hiss edərlər. Ona kiçik bir jest edin.

Düzgün rəng mebelləri seçin. Beləcə uşağınız böyüdüyündə başqa parçalar əlavə edə bilər, yaşına uyğun hala gətirə bilərsiniz. Düz mebelləri başqa əşyalarla kombin etmək daha asan olar.

loading...
Şərh yaz