Uşaq yeməyinə duz tökməyin!

Müəllif:
usaq-yemeyi-300x300

Həddindən artıq duz qəbul etmək mədə xərçənginə qədər bir çox xəstəliyin yaranmasına zəmin yaradır. Bu mövzuda isə mütəxəssislər anaların üzərinə böyük vəzifə düşdüyünü vurğulayır.

Ümumilikdə türk xalqlarının həddindən artıq miqdarda duz istehlak etdiyini söyləyən Samsun 19 May Universitetinin Nevroloji Elm sahəsinin Professoru Dr. Təkin Akpolat “yaş ötdükcə duzsuz yemək insana çətin gəlir, halbuki uşaqlıqdan bəri duzsuz yeməyə öyrəşənlərdə bu problem yaşanmır. Duzsuz yemək yeməyə alışan bir uşaq gələcəkdə də duzsuz yeməkləri qəbul etmək istəyəcək ” deyə əlavə edib.

“Körpələrin və uşaqların yeməklərinə çox az duz tökün, yaxud da heç tökməyin. Insanlar əgər heç duz istehlak etməsələr belə bədənin ehtiyacı olduğu duz miqdarını meyvə və tərəvəzdən ala bilər.”

Normal bir insan gün ərzində 4-5 qram duz qəbul etməlidir. Halbuki, aparılan son araşdırmalar insanların gündə 18-19 qram duz qəbul etdiyini ortaya çıxarıb.

Duzun gətirib çıxardığı xəstəliklər aşağıdakılardır:

  • Mədə xərçəngi
  • Ürəkdə böyümə
  • Ürək çatışmazlığı
  • Böyrək daşı
  • Sümük əriməsi
  • Böyrək xəsətlikləri
  • Bədəndə qabarıqlıq