Uşaqlar nə qədər kalsium istehlak etməlidirlər?

loading...

Uşaqlar 0-3 yaş etibarı ilə ibtidai məktəbə qədər ortalama kalsium ehtiyacı 1000-1200 arası dəyişir. Bəzən uşaq kifayət qədər kalsium qəbul etsə də ailədən gələn genlər səbəbi ilə boy uzanması və s. kimi dəyişmələr qeyri-kafi kimi görülə bilər.

Bu səbəbdən genetik vəziyyətləri də göz qarşısında saxlamalısınız. Bundan başqa kalsium yalnız fiziki inkişaf üçün deyil sümüklər üçün də çox əhəmiyyətlidir.

Kalsiumun yalnız uşaqlıq dövründə istehlak edilməsi lazım olduğunu düşünürsünüzsə yanılırsınız, çünki kalsium yetkin insanlarda ürək, əzələ, və sinirlərin normal olaraq çalışması, təzyiqin aşağı salınması və kolon xərçəngi riskini azaltmaq üçün minerallar arasında əhəmiyyətli yer tutur.

Kalsium əskikliyi uşaqlarda böyümə problemlərinə, yetişkin insanlarda isə sümük sıxlığının azalmasına və sümük toxumasının içərisində anormal boşluqların meydana gəlməsinə (osteoporoz) səbəb ola bilər. Yüksək miqdarda kalsium təşkil etdiyi bilinən süd və süd məhsulları xaricində, bir çox qidanı qəbul edərək gündəlik ehtiyacınız olan kalsiumu qəbul edə bilərsiniz.

Günlük olaraq qəbul edilməsi lazım olan kalsium miqdarı

  • 1-3 yaş arası: 700 mg
  • 4 -8 yaş arası: 1000 mg
  • 9 -13 yaş arası :1300 mg
  • 14-18 yaş arası: 1300 mg
  • 19- 50 yaş arası:1000 mg
  • 51 -70 yaş arası:1000 mg (kişi) 1200 (qadın)
  • 71 dən yuxarı:1200 mg
Şərh yaz