Uşaqlar sevgini öldürür?

Uşaqlar xüsusilə həyatının ilk anlarında onlara vaxt və yer ayırmağı tələb edirlər. Qadının təbiəti onu yeni doğulmuş körpənin istənilən ehtiyaclarına cavab verməyə çağırır və o bütövlükdə körpəsi ilə məşğul olmağa başlayır. Uşağın doğuluşundan sonra qadının seksual instinkti bədənində olan prolaktin hormonunun sayəsində yatırılır. Bu maddə südün hazırlanmasına şərait yaradan hormondur. Bundan başqa o daim yorğun, yuxusuz olur və bütün fikirlərini daim körpənin ehtiyatlarında konsentrasiya edir.

Körpə diqqət tələb etmədiyi bir vaxt isə qadın o qədər yorğun olur ki, o yalnız dincəlməyi arzu edir. Buna görə o çox vaxt həyat yoldaşı ilə birlikdə ola bilmir. Əlbəttə, əksər hallarda partnyor qadına həzz vermək istəyir, amma bu cəlbedici perspektiv ondan fəallıq tələb edir. Bundan başqa, bəzən seks haqqında partnyorun xahişində o uşaqla rəqabətin təzahürünü görə bilər.

Bir qayda olaraq, bir neçə həftədən sonra beyinin biokimyası başlanğıc vəziyyətə düşür. Qadına arzu isə yeni güc ilə qayıdır. Cütlük yenidən cinsi həyata davam etməyə başlayır. Lakin əgər qadının seksuallığı yalnız dünyaya uşaq gətirmək arzusuna xidmət edirdisə, bu zaman körpə doğulduqdan sonra qadın özünü daha güclü hiss edir və analıq onun üçün həzz mənbəyinə çevrilir. Bəzi kişilər də həmçinin öz seksuallığını saxlamağa başlaya bilərlər. Çox vaxt onlar artıq ana olmuş və hansısa bir fantaziyalarda onlarında anası ola biləcək bir qadını arzulamaqdan vaz keçməyə başlayırlar. Belə partnyorlar öz cinsi həyatına zərər vuraraq çox gözəl valideyn ola bilərlər.

Bəzən cütlüklər uşaqlarından başqa bir-birlərini də düşünsələr daha yaxşı olar. Ailədə hər kəsin öz yeri olmalıdır. Təbii ki, uşaqlara qadınlar daha çox vaxt ayırır, amma bu zaman kişiləri də diqqətdən kənar qoymaq arzuolunmaz bir haldır.

 

Şərh et