Uşaqlar üçün mükəmməl qida rasionu

Uşaq Yeməyi
loading...

Rasional qidalanma — uşağın düzgün fiziki və psixi inkişafının əsası olmaqdan başqa, həm də müxtəlif xəstəliklərin profilaktikasında əhəmiyyətli amillərdən biridir. Südəmər uşaq üçün, xüsusilə də həyatının ilk aylarında, ana südü onu bütün lazımlı maddələrlə təmin edən ən yaxşı qida növüdür.

1 yaşından sonra uşağın rasionunu daha aktiv müxtəlif yeməklərlə yeniləmək olar. Körpənin ferment sistemi tam olaraq inkişaf etmədiyi üçün və həzm yolunun selikli qişası yüksək dərəcədə həssas olduğu üçün təbii ki, bütün məhsullar körpəyə uyğun gəlməz. Lakin bu yaşda körpə artıq kobud qidanı çeynəyə və uda bilir, xırda tikələri dişləməyə başlayır. Yaş yarımına qədər körpənin 14-16 dişi olmalıdır. Uşaqda qidanı çeynəmə bacarıqlarını daim təkmilləşdirmək lazımdır. Bundan başqa, o böyüyür, qəbul edilən qidanın həcmi artır, faydalı maddələrə də ehtiyac çoxalır. Buna görə adət edilmiş püre və sıyıqlardan, süddən və kefirdən başqa körpənin rasionuna yeni yeməklər də daxil etmək lazımdır.

Körpənin orqanizmi çox həssas olduğu üçün o sizə dadlı və faydalı görünən məhsullara müxtəlif cür reaksiya verə bilər. Müəyyən qaydalara riayət edərkən siz körpədə allergiya reaksiyasının yaranmasının qarşısını alacaqsınız və uşağa qida qəbulu prosesi böyük həzz verəcək.

Yeni məhsulları yaxşı olar ki, rasiona bir-bir daxil edəsiniz. Əgər körpədə bu və ya digər məhsula qarşı allergiya yaranarsa, səpgi əmələ gələrsə, qarnı ağrıyarsa, bu zaman bu məhsulu rasiondan çıxardıb digəri ilə əvəz etmək lazımdır.

7-8 ayına qədər uşağın rahat qidalanması üçün onun yeməyini yaxşıca əzmək lazımdır. Ən optimal variant körpəni qaşıqla yedizdirməkdir. Əgər körpə özü yemək istəyərsə, bu zaman qadağan etmək lazım deyil.

6 ayından sonra körpəyə çeynəməsi lazım olan (məsələn, təmizlənmiş alma tikəsi, banan) məhsullar maraqlı olacaq. Təbii ki, körpə bu zaman qidanı əlində saxlamaqdan belə böyük zövq alacaq. Sadəcə təhlükəsizlik texnikasına riayət etmək və körpəni masa arxasında baxımsız qoymamaq lazımdır.

Zülallı məhsulların tətbiqinə tələsməyin. 6 ayına qədər körpənin menyusunda buğdadan, çovdardan, yulafdan, arpadan hazırlanmış məhsulların olmamasına diqqət edin. Hərçənd ki, bu sıyıqlar çox faydalıdır, onların tərkibində zülal olduğu üçün, allergiya yarada və ya həzmin pozulmasına səbəb ola bilər.

Bir çox internet saytları, jurnallar, proqramlar uşaqların qidalanması haqqında müxtəlif variantlar təqdim etməsinə baxmayaraq, unutmayın ki, sizdən və körpənin pediatr həkimindən başqa heç kəs onu istəklərini yaxşı bilə bilməz.

loading...
Şərh yaz