Uşaqlar üçün sağlam yuxu əhəmiyyətlidir!

loading...

Sakit yatan körpə çox sevincli görünür. Körpə yatarkən valideynlərin bir az boş vaxtı olur. Lakin körpəni yatızdırmaq üçün bəzən çox səy göstərmək lazım olur: onu qucağa almaq, uşaq arabasında yelləmək, belini sığallamaq, yemək yedizdirmək və ya içməyə imkan vermək və s.

Çıxış yolu axtarırıq

Valideynlərə uşaqlardan nə lazımdır? Tez yatma və sakit uzunsürən yuxu. Təəccüblüdür, amma uşaqlarda öz valideynlərindən həmin şeyi istəyir. Körpələr rejimə və ən vacibi yuxu çatışmazlığına çox həssasdırlar.

Ümumiyyətlə “yuxu-ayıqlıq” ritmi hələ hamiləlik vaxtı yaranır (təxminən inkişafın 18-ci həftəsində). Bu yaşda kiçik körpə hər şeydə anadan asılıdır, buna görə hamilə qadınlar mütləq yuxularını almalıdır. Gələcəkdə bu təzə doğulmuş körpədə düzgün yuxu rejimini formalaşdırmağa kömək edəcək.

Təzə doğulmuş körpə adətən günün çox hissəsini yatır (20-22 saat). O 20-40 dəqiqəlik yemək üçün və ana ilə ünsiyyətdə olma üçün oyanıb yenidən yatır.

Yaşla yuxunun miqdarı azalır və 1-3 aylıq körpə gündə artıq 15-18 saat yatır. 1-1.5 yaşdan sonra körpə 1 gündüz yuxusuna keçir və gün ərzində təxminən 13-14 saat yatır.

Hətta 1-2 saatlıq yuxu defisiti dərhal uşağın vəziyyətinə təsir edir. Onun əhval-ruhiyyəsi pisləşir, şıltaqlıqlaşır, iştahı itir. Yuxunun xroniki defisiti yalnız psixoloji deyil, həm də somatik pozulmalara səbəb ola bilər. Daim doyunca yatmayan uşaqlar daha çox xəstələnir, daha pis inkişaf edir və piylənməyə daha çox meylli olurlar.

Sağlam gecə yuxusunun birinci qaydası – gündüz möhkəm və kifayət qədər yuxunun olmasıdır.

Körpənin gündüz yaxşı yatması üçün lazımdır:

  • Günün rejimi. Hər körpənin öz gün rejimi var. Sadəcə olaraq körpənin nə vaxt gözlərinin yumulmasına diqqət etmək lazımdır. Adətən bu təxminən eyni zamanda olur. Əsas odur ki, bu rejimə diqqət edib körpəni hər gün eyni vaxtda yatızdırmaq lazımdır.
  • Yuxu üçün rahat yer. Körpəyə yatmaq rahat olmalıdır. Deməli, çarpayı kifayət qədər yumşaq, yorğan yüngül və isti, körpənin yatdığı otaq havası isə təmiz olmalıdır. Yazda və yayda pəncərəni açıq qoymaq olar (yalnız ona həşəratlardan qorunmaq üçün tor çəkin!), payızda və qışda isə yatmazdan 30-40 dəqiqə əvvəl onu havaya vermək, sonra isə pəncərəni bağlamaq lazımdır.
  • Yatma mərasimi. Adət edilmiş hərəkətlər uşaqlara sakitləşdirici təsir edir. Əbəs deyil ki, körpələr onlara hər gün eyni nağılların oxumasını, eyni mahnıların ifa edilməsini tələb edirlər. Həyatının ilk 6-8 ayında əksər körpələr gündüz yedirmə zamanı yatır. Yaş yarımından sonra uşağa “yemək-yuxu” əlaqəsini tədricən tərgitdirmək və başqa rituallardan istifadə etmək lazımdır (laylay, kitab oxuması, masaj və s.).
  • Gecə üçün sıyıq. Uşaq yatarkən tox olmalıdır, çünki ac uşaqlar daha pis yatır və daha çox oyanırlar. Buna görə yatmazdan 20-30 dəqiqə əvvəl körpəni yedizdirin.
loading...
Şərh yaz