Uşaqlar yetərincə hərəkət etmir

loading...

Aparılan son araşdırmalardan bəlli olub ki, indiki uşaqlar çox az hərəkət edirlər, kifayət qədər məşq etmirlər. Mütəxəssislər valideynlərin övladlarının daha aktiv olmaları mövzusunda çox da maraqlı olmadığını deyirlər.

1.600 valideyn üzərində aparılan araşdırmaya görə yaşı 5-10 arasında dəyişən uşaqların 58 faizi həftədə 4 gündən az müddətdə çöldə vaxt keçirir. Bu vəziyyətin yaranmasının isə çox maraqlı səbəbi söylənilib. Belə ki, elm adamları müasir texnikanı burada günahkar bilir. Ana-atalar uşaqlarıyla bərabər gəzintiyə çıxmaq əvəzinə, saatlara kompyuter və televizor qarşısında vaxt keçirməyə daha çox önəm verirlər.

Araşdırmaçılar hərəkətli həyatın olduqca əhəmiyyətli olduğunun vacibliyini və bir neçə xəstəlikdən qorunmaq üçün bunun önəmliliyini xüsusilə vurğulayıblar. Uşaqlar üçün ən önəmli fiziki fəaliyyətlər isə müxtəlif tipli oyunlardan keçir. Əgər övladınızla vaxt keçirmək və oyun üçün münasib yer tapa bilmirsinizsə, uşaqla kiçik qaçış da edə bilərsiniz. Hətta lift əvəzinə pilləkənlərdən belə istifadə faydalı olar.

Telefonlar, kompyuterlər və televiziya uşaqların uzun saatlar boyunca hərəkətsiz qalmalarına səbəb olur. Uşaqların hər zaman hərəkətli olmaları üçün münasib mühit yaradılmalı, aktiv şəkildə böyümələri üçün valideynləri tərəfindən dəstəklənməlidirlər.

loading...
SHARE
Şərh yaz