Uşaqlarda inad necə qırılar

loading...

1-ci yaş dövrü.

Bu dövr sonuna doğru uşaqlar yeriməyə başlar, gəzməyə cəhd etmək bədəninə hakim olmağ uşaqlara xüsusi zövq verər. Sanki müstəqil olmanın həzzinə çatırlar. Hər bir təcrübə yenilikdir. Valideynlərin narahat quruluşda olması fərqli tutumlar sərgiləmələri uşağın qarışıq başını daha da qarışdırar. Körpəmizin duyğusunu anlaya bilməmək əlaqə içərisində əvvəl narahatlıqlara daha sonra isə inadlaşmalara çatar…

Yuxu saatlarında müqavimət göstərmək, yemək yemə vərdişlərinə etirazlar artar. Uşaqların istəkləri də fərqlilik daşıya bilər. İstədiyi oyuncaq üçün can atarkən oyuncağa qovuşduğunda istəmədiyini söyləyə bilər…Uşaqlarla ünsiyyət qurarkən əvvəl onun duyğusunu anlamağa və sonra isə paylaşmağa çalışın. Danışıq zamanı qısa və açıq cümlələrdən istifadə edin. Uşağın köməyə ehtiyacı vardır.

2-ci yaş dövrü.

Bu yaşda uşaq yeni və çətin bir dövrə addım yol almağa başlar. Hər şeyin onun istədiyi kimi olmasını istər. Davranışları yetkin deyil. İnadçı olmamaq daha məqsədə uyğun olar. Öz edə biləcəklərinin sayı artdıqca israrlar, inadçılıq artar..

Qəbul etdirəmədiyi zamanda qarşıdurma başlar. Müvəffəqiyyətsizlik hissi yaşar. Təbiidir ki, bacarıqlı olmağı hər uşaq istər. Fərdi bacarıqları inkişaf etdikcə sərhəd sınaqları arta bilər. Mənfi istəklər belə olsa uşaqların özləri ilə əlaqədar anlayışlarının meydana gələ bilməsi üçün sınaqlarına icazə verə bilərik. Uşaqlara hər zaman diqqət etmək lazımdır.

4-cü yaş dövrü.

Uşağın ictimai sərhədləri qavradığı, birlikdə yaşamanın qaydalarını öyrəndiyi dövrdür. Şüurlu ailələr belə bir problemin normal olub olmadığına ya da nə vaxt keçməsi lazım olduğuna qərar verməkdə çətinlik çəkə bilərlər. Bu dövrdə qazanılmış bacarıqların geri dönməsi (alt islatma zamanına uyğunlaşma) tez-tez görülər. Ana və atalar uşağın bunları şüurlu etdiyini düşünüb, problemi görmək istəməyə bilər. Cəza vermək, danlama, asan və əlaqələrini pozan tutumlardır. Problemə yalnız alt islatma olaraq baxmaq və bunu həll etməyə çalışmaq müvəffəqiyyətsizliyi gətirər…

Uşağın nə yaşadığını, əlaqələrinin keyfiyyətini, həyatlarında dəyişən ünsürləri nəzərdən keçirmək faydalı olardı… Uşaqları sevib onları anlamağa çalışmaq Biz valideynlərin borcu və işidir….

Nigar Cəfərova (LoLiSaFoNe)

loading...
SHARE
Şərh yaz