Üz quruluşuna görə aksessuar seçimi

loading...

Üzünüzə uyğun aksessuarları seçərək həm təbii gözəlliyinizi həm də aksessuarlarınızı ön plana çıxara bilərsiniz. Taxacağınız ləl-cəvahiratı doğru seçərək ifadənizi tamamalayar, üz şəklinizin istədiyiniz kimi qəbul edilməsini təmin edə bilərsiniz..

Əvvəlcə yumru, oval, ürək ( üçbucaq) ya da kvadrat yüz şəklindən hansına sahib olduğunuzu tapmaq üçün bir aynadan faydalanmağınız lazımdır. Aynaya böyük bir oval çəkib üzünüzün bu ovalın xaricinə yaxınlaşdırıb, üz quruluşunuza baxmalısınız. Ovaldan kənara çıxıbsa yumru üz quruluşuna, bu ovala uyğundursa oval üz quruluşuna, yalnız çənəniz ovalın xaricində qaldısa ürək üz quruluşuna, künclər çöldə qaldısa deməli kvadrat üz quruluşuna sahibsiniz.

Yumru üz

Əsla dairə şəklində bir sırğa seçməyin. İçində toplar olan dizaynlar ya da iç içə keçmiş yumrular da sizin üçün uyğun olmayacaq. Sizə ən uyğun dizayn damla seqmentlərdir. İncə və uzun dizaynlar da yenə üz şəklini tamamalayacaqdır. Boyunbağı üçün isə uzun dizaynlar uyğun olacaq. Xüsusilə boyundan sinə qisiminə doğru tək bir sallantısı olan boyunbağı dizaynları yumru üz quruluşuna çox yaraşacaq.

Kvadrat üz

Məxsusi bir görünüşə sahibsiniz deməkdir. Bu görünüşü yumşaldaraq daha feminen hala gətirmək üçün çiçəkli, iç içə keçmiş dairə şəklində və bol sallantılı sırğalar istifadə etmək uyğun olacaq.

Üçbucaq və ya ürək şəklində üz

Çənə uzun olduğundan bu görünüşü yumşaltmaq lazımdır. Damla seqment hər dizayn sırğa seçimi üçün doğrudur. Boyun üçün isə mütləq qalın və boyuna yapışan sallantısı olmayan boyunbağılar seçmək lazımdır.

Oval üz

Çox şanslısınız deməkdir, çünki sizə hər növ sırğa və boyunbağı yaraşar. Ürək seqment daşlı sırğalar, çiçək şəklində dizaynlar, yumru şəkilli sırğalar sizin üçün ideal olacaq. Boyunbağı seçimində isə çox uzun olmayan, kiçik sallantılı dizaynları istifadə etməyiniz doğru seçim olacaq.

Üz qruluşu

loading...
SHARE
Şərh yaz