Viktoriya Bekhem gözəlliyinə nə qədər pul xərcləyir?

loading...

Spice Girls qrupunun eks solisti Viktoriya Bekhem hər həftə gözəlliyinə 15 000 dollar pul xərcləyir. Üz dərisinin rəngini qorumaq üçün gözəl xanım hər həftə gəncləşdirən spa-prosedurlara 900 dollar pul xərcləyir.

O üz dərisinin gözəlliyini qorumaq üçün ağ kürüdən, pilinq, göz masajından, maskalardan istifadə edir.

Bədən gözəlliyini qorumaq üçün Bekhem masaja gedir ki, bu masajın hər seansı 580 dollar təşkil edir. Həmçinin xanım Bekhem zəli ilə müalicə növünü çox bəyənir. Lakin Viktoriyanın qulluq arsenalında ən bahalı olan yapon brendi Karl Lagerfeld kremidir ki, ulduz ona 12 800 dollar pul xərcləyir.

loading...
Şərh yaz