Xalçaların təmizləməsinin alternativ üsulları

Xalçaya qulluq
loading...

Qida sodası

Xalça və ya xalça örtüsü üzərinə soda məhlulunu sıçradıb 30 dəqiqə saxlayın. Sonra xalçanı tozsoranla təmizləyin . Xalça yalnız təmiz olmayacaq, həm də xoşagəlməz qoxulardan qurtulacaq.

Duz

Əgər xalça çox çirklənmyibsə, ona adi narın duz səpin. O tozu yaxşı canına çəkir və parıltı verir. 15-20 dəqiqə saxlayın . İsti sabunlu suda süpürgəni yaxşıca yuyub duzu süpürün. Bəzən proseduru təkrarlamaq tələb olunur. Süpürgəni hər dəfə növbəti təmizləmə vaxtı yumaq lazımdır.

Sadə sabun (yuyucu toz)

Yarım çay qaşığı yuyucu tozu və ya xırda sabun parçasını 1 litr suda həll edin. Qarışığa 1 xörək qaşığı Skipidar əlavə edin. Məhlulu yaxşıca qarışdırıb fırça vasitəsi ilə xalaçaya sürtmək lazımdır. Bir neçə dəqiqədən sonra xalça və ya palazın səthini əvvəlcə yaş əski ilə, sonra – quru ilə silmək lazımdır. Əgər imkan varsa xalçanı küçədə qurudun.

Şərh yaz