Xalq inancları

1234
loading...

Körpə həyata anasının gözü ilə baxır.

  • Hamilə xanımgizlincə yemək yeməməlidir, əks halda uşaq çəkingən və xəsis olacaq.
  • Uşağa qoyulacaq ad doğulana qədər gizli saxlanmalıdır.
  • Yad adamlara hamiləliyin vaxtı, gediş haqda məlumat vermək olmaz, bədnəzərə və bəd əmələ tuş gələrsiniz.
  • Hamilə xanım qapı kandarında oturmaz.
  • Uşaq doğulmamışdan onun adına paltar, əşya və ya oyuncaq almağın düşər-düşməzi olar.
  • Yanar ocağa, atəşə çox baxmaq olmaz.
  • Boş beşiyi yırğalamaq olmaz. Bu, Allah eləməsin, körpənin ölümünə səbəb olar.
  • Pişiklə təmasdan qaşmaq lazımdır, çünki pişik mənfi enerjini toplayıb, onu hamilə xanıma ötürə bilər.
  • Eybəcər, xəstə insan və heyvanlara, eləcə də onların şəkillərinə baxmaq olmaz.
  • Dünyasını dəyişmiş insanların divardan asılmış şəkillərinə uzun müddət baxmaq olmaz. Çünki həmin insanın vaxtı ilə daşıdığı mənfi aura körpəyə keçə bilər.
  • Körpənin gözəl və sağlam olması üçün hamilə xanım daha çox gözəl simalı körpə uşaq, çiçək və mələk şəkillərinə baxmalıdır.
  • Əgər hamilə xanım qorxub, səksəkəli halda üzünü qapayarsa, uşağın üzündə ləkə ola bilər.
  • Əgər övladını varlı görmək istəyirsənsə, hamiləlik dövründə borc və ya kredit götürmə.
  • Yuxuda hamilə xanım görmək yaxşı yozulur. Yolda qarşına çıxsa, uğura işarədir.
  • Birinci dəfə körpəni çimdirərkən, suya ana südü damızdırın.
Şərh yaz