Xanımlar 1 ildə nə qədər kosmetika istifadə edir?

loading...

Kosmetoloqlar xanımlara üz dərilərinin təravətini və gümrahlığını qorumaq üçün kosmetikadan daha az istifadə etməyi tövsiyyə edirlər.

Bəs, görəsən normal halda, orta hesabla xanımlar il ərzində nə qədər kosmetik məhsullardan istifadə edirlər?

Amerikalı alimlərin araşdırması il ərzində 1 qadının kosmetikadan 2,5 kiloqramadək kimyəvi maddədən istifadə etdiyini müəyyənləşdiriblər. Araşdırma müəlliflərinin sözlərinə görə, əksər qadınlar 1 gündə orta hesabla 20 müxtəlif kosmetik preparatdan istifadə edirlər.
Lakin mütəxəssislər israrla qeyd edirlər ki, bu preparatlar bir-birinə qarışan zaman insan üçün dəhşətli nəticələr verə bilər. Məsələn, adi dodaq boyası ağız boşluğuna düşən zaman tüpürcəkdə və mədədə uzun müddət qalan fermentlərə parçalanır.

Qırışlara qarşı kremlərin tərkibində olan kimyəvi maddələr də dəriyə çəkilən zaman heç bir maneə olmadan qanla qarışa bilir və infeksion təsir göstərə bilir.

loading...
Şərh yaz