Xatirənin ad günündə nələr oldu?

loading...

Ötən gün müğənni Xatirə İslam özünə ad günü keçirib.

Əyləncə mərkəzlərindən birində baş tutan gecəyə şou-biznesin tanınmış simaları yığışıb. Maraqlı anlarların yaşandığı tədbirin aparıcısı Sərxan Kərəmoğlu olub. Xalq artistləri Flora Kərimova və Nazpəri Dostəliyeva Xatirəyə arzularını bildirib, qonaqlar üçün mahnılar səsləndiriblər.

Xalq artisti İlhamə Quliyeva məclisə oğlu və gəlini ilə birlikdə qatılıb. Müğənni Xatirəni təbrik edib, onun mərd bir xanım olduğunu söyləyib:

“Xatirə gözəl, səmimi qızdır. O, bütün gözəlliklərə layiqdir. Ona ailə həyatında uzun ömür, xoşbəxtlik arzulayıram”.

X.İslamın həyat yoldaşı Fəxrəddin isə xalq artistinə çiçək dəstəsi hədiyyə edib.

Məclis iştirakçıları müğənni Nadir Qafarzadədən “Maral” mahnısını səsləndirməyi istəsələr də, sənətçi buna etiraz edib:

“Mən istirahətə gəlmişəm, oxumağa yox”.

Xatirənin xoş günündə yer alanlar sırasında əməkdar artist Nüşabə Ələsgərli, müğənni Elçin Cəfərov, Günay İbrahimli, Natavan Həbibi, Samir Piriyev, rejissor Nail Naiboğlu, aparıcı Zaur Nəbioğlu, bəstəkar Murad Arif və başqaları olub.

Sənət dostları ona çiçək dəstələri və bahalı zinət əşyaları bağışlayıb.

[justified_image_grid facebook_id=122845817774316 facebook_album=648576418534584]

Zəhra Əhmədova

Foto: Rəşad Abbasov