Xətrinizə dəyirlər?

loading...

Hərdən adama elə gəlir ki, sanki ətrafdakı insanlar onun xətrinə dəymək istəyirlər. Bəlkə də heç də belə deyil. Ola bilsin daim insanların hərəkətindən inciyən insan hər şeyə mənfi reaksiya verir. Bu xüsusiyyətlər daha çox xanımlara xasdır və əksər vaxtlarda bu əks cinsin nümayəndələrinin bir o qədər də xoşuna gəlmir. Belə xasiyyətə görə yeri gələndə onlar qadınları məzəmmət də edirlər. Onların bu addımlarının bəlkə hardasa yeri də var. Xanımlar sevdikləri şəxsdən mümkün olan və olmayan hər şeyi gözlədikləri üçün, hətta ən cüzi şeydən belə inciyə bilirlər.

Bəs zərif cinsin nümayəndələri inciklik xüsusiyyətini özlərindən necə uzaqlaşdıra bilərlər? Xanımlar kiminsə onların xətrinə dəydiklərini hiss etdikdə yaranmış vəziyyətə başqa tərəfdən baxsınlar. Ola bilər ki, qadınlar sevdikləri şəxslə bir-birini düz başa düşməyiblər. Bu anlaşılmazlığa görə isə inciməyə dəyməz.

Sevdiklərinizdən çox şey tələb etməyin. Qadınlar əks cinsin vədlərini yerinə yetirməyi, görüşə vaxtında gəlməyi, onlara vaxtaşırı ideal hədiyyələri bağışlamağı tələb edirlər. Amma buna baxmayaraq, bu həyatdır, hər kəs səhv də edə bilir. Ola bilər ki, sevdikləriniz səhvən bu tələbləri həyata keçirməsinlər.

Emosiyalarınızı gizlətməyin. Sizi incidən insanla öz hissləriniz barəsində söhbət edin. Sizi incitdiyinə görə sevdiklərinizi danlamayın. “Zəif nöqtənizi” çalışdığınız qədər insanlara bəlli etməyin.

Başqalarının hissləri ilə oynamayın. Bəzən özünüzə qarşı hiss etdiyiniz “uydurma” incikliyə görə heç kəsi günahlandırmayın. Bir az yumor hissləri ilə yaşayın. Axı, siz həqiqətən də küsəyən deyilsiniz!

Ən önəmlisi isə bağışlamağı öyrənin. Bağışlamağın açarı isə insanları başa düşməkdir. Insanları bağışlamaq üçün cəhd edin. Bu cür hərəkətinizlə həm özünüzə, həm də ətrafdakılara kömək etmiş olarsınız.

loading...
SHARE
Şərh yaz