Xına Yaxdı

loading...

Aysel saçları zədələmədən boyayan, parıldadan və uzun müddət rəngi qoruyub-saxlayan xınadan yazır. Və tərkibində kimyəvi birləşmə olmadığından onu hamıya məsləhət görür.

Xına

Bitki mənşəli saç boyasıdır. Kolunun yarpaqlarından alınan xına tozu saçın strukturunda kök salmır, amma rəngi saçda uzun müddət qalır. Bundan başqa, xınanın tərkibində saçlara parıltı verən təbii maddələr var.

Zədələnmiş, yaxud rəngi solğunlaşmış saçlar daha yaxşı boyanır. Xına tozu kosmetikada saçların boyanması, quru seboreyanın müalicəsi, saçın möhkəmlənməsi və uzanmasının yaxşılaşdırılması, saçtökülməsinin qarşısının alınması məqsədilə işlədilir. Xına saçlan qıdalandıran təbii vasitədir. O, saç kəpəyinin və kondisionerin təsirlərinə qarşı effektə malikdir.

Bu xüsusiyyətinə görə hələ qədim dövrlərdə xınadan təkcə qadınlar yox, kişilər də istifadə edirdilər. Xına heç bir allergiyaya səbəb olmur, həmçinin tərkibində kimyəvi birləşmələr -ammonyak, oksidlər, yaxud digər zərərli kimyəvi preparatlar yoxdur. Təbii hind xınası ilə ağarmış saçlan effektiv şəkildə boyamaq, saçlara lazımı rəng çaları vermək, yaxud sadəcə, zəifləmiş saçlan müalicə etmək mümkündür.

Boyama

O Xınanı lazım olan miqdarda çəkirik

  • 1 paket – 25 qram  qısa kəsilmiş saçlar üçün
  • 1 paket – çiyinlərə qədər kəsilmiş saçlar üçün
  • 2 paket – kürəyi örtən saçlar üçün
  • 3-4 paket – çox uzun saçlar üçün
  • 5-6 paket Ağarmış saçlar yaxşı boyansın deyə, 1 paket artıq xına götürmək lazımdır. Hər halda, az olmaqdansa, artıq olması yaxşıdır.

Dəmləyirik

  • Xınanı emallı, yaxud metal qaba tökürük
  •  Tədricən qaynar su əlavə edə-edə qarışdırırıq. Məqsəd içində yumrular olmayan qaymaq şəklində kütlə almaqdır. Proses zamanı kütlənin duru almdığını görsəniz, bir qədər xına əlavə edin. Əksinə, kütlənin içində yumrular görünərsə, saçlara yaxılması çətin olar. Belə vəziyyətdə kütləyə bir qədər də su əlavə edin. Su qaynar yox, isti olmalıdır.
  • 10-15 dəqiqə dəmə qoyuruq.

Alətləri hazırlayırıq

  • Xüsusi fırçanız yoxdursa, yumşaq və lazım-sız diş firçası götürürük
  • Döşəməyə köhnə qəzet salırıq, çünki keyfiyyətli xınanın hər dam lası ləkə sala bilir
  • köhnə xalat və ya paltar geyinirik
  • saçları balzamsız, yalnız şampunla yuyuruq ki, xına yaxşı hopsun
  • xınanın dəridə izlərini silmək üçün kiçik əsgi parçası götürürük

Boyayırıq

  • Saçlan tağlara ayıraraq darayırıq. Əvvəlcə təpə hissə boyanır. Artıq tağları sancaqlamaq lazımdır.
  • firça ilə kasam götürüb boyamağa başlayırıq. Ağarmış hissələrə daha çox xına çəkirik.
  • saçlan təpə hissədə toplayır və plastik paket taxırıq.

Xınanı yuyuruq

  • saçlarımızı duş altında təxminən 15 dəqiqə yuduqdan və su şəffaf rəng aldıqdan sonra qurulayırıq.
  • xına qoyulandan sonra saçlan şampunla yumaq, fenləmək olmaz, yumşaq olsunlar deyə, balzam daha yaxşı təsir göstərir.

Xına ilə Boyamanin Çatışmayan Cəhətləri

  • Sözsüz ki, xına mükəmməl təbii boyaq maddəsi, eyni zamanda saç üçün maskadır, amma yadda saxlamaq lazımdır ki, xınalı saçlar uzanmayana qədər başqa kimyəvi boyaqdan istifadə etmək mümkün deyil.
  • Basmadan ayrılıqda yox, yalnız xına ilə qarışdırdıqda istifadə etmək olar. Çünki təmiz halda o, yalnız yaşıl rəng verir.
  • Adətən xına və basma saçda bir neçə ay qalır, lakin getdikcə qırmızı, yaxud mavi-bənövşəyi rəng çalan alır. Odur ki, lazım olan rəngin çox qalması üçün vaxtaşırı saçın rəngini təzələmək lazımdır.

Xına ilə Boyamanin Üstün Cəhətləri

  • Saçların dibini möhkəmlədir və onların tökülməsini dayandırır.
  • Kəpəyin qarşısını alır.
  • Saçlara parlaq, qəşəng, tox rəng verir. Basma və xına tamamilə zərərsiz olduğu üçün heç bir allergiyaya səbəb olmur.
  • Ağarmış saçlan effektiv şəkildə rəngləyir.
  • Adi kimyəvi boyaqlardan fərqli olaraq, xına və basma saçda uzun müddət qalır və tez yuyulub getmir. Yalnız vaxtaşırı ağarmış tüklərin dibinə təzə boyaq çəkmək lazımdır.

Hansı Hallarda Xina Uyğun Gəlmir

  • Saçlar yaxın vaxtlarda kimyəvi əsaslı vasitələrlə boyanmış olduqda Saçlar kimyəvi burulmuş (zavivka) olduqda
  • Saçlar təbiətən açıq rəngdə olduqda
  • Saçların rəngini tez-tez dəyişdikdə

Saçların Xına ilə Boyanması

Bu halda xına tozundan başqa, efir yağları və südlü zərdabdan da istifadə olunur. Bu, saçın özünə, başın dərisinə ən xırda mənfi təsirin qarşısını almağa kömək edir. Boyama proseduru təxminən 1,5-2 saat alır. Xına kimyəvi preparat olmadığı üçün onun saçda qalıb möhkəmlənməsi vacibdir. Nəticə itırilən vaxta dəyər!

Boyandıqdan sonra saçlar gözəl tox rəng alır, sağlam, parıltılı, gur və qalın görümür. Bundan başqa, xına saçlan mühafizə edən özünəməxsus qoruyucu qat əmələ gətirir. H Ağarmış saçların 100 faiz boyaq tutması üçün tünd-xurmayı, yaxud qara ən uğurlu rənglərdir.

İlk iki-üç seans zamanı saçlar uzunu boyunca boyadılır – xına saçda möhkəmlənir və bu halda özəl piqment zadələnmir. Sonrakı seanslarda (4-6 həftə sonra) saçın rəngində kontrast yaranmasın deyə, yalnız saçın dibi boyunca uzanan tüklərin boyanması kifayətdir. Kimyəvi saç boyalarından fərqli olaraq, xınanın rəngi tamamilə yuyulub getmir və tüklərin strukturuna hopanıq uzun müddət qalır.

loading...
SHARE
Şərh yaz