Xoşbəxt olmaq üçün 8 səbəb

Müəllif:
Xoşbəxt

“Psychological Bulletin” jurnalında yer alan araşdırmada “xoşbəxtliyin resepti” dərc olunub. Xanım.net həmin “resepti” təqdim edir:

1 – Gecə 6 saatdan çox yatın

Araşdırmaçılar, gecə 6 saatdan çox yatan (ortalama 6 saat 15 dəqiqə) insanların günə yaxşı başladığını ifadə etdi. Uşaqlara və gənclərə isə 8 saat yatmaları tövsiyyə olunur.

2 – Hədəflərinin olsun

Uzun və ya qısa müddətli hədəfi olanların kədərdən daha asan uzaqlaşdığı, hədəflərin həyata məna qatdığı və ətrafla əlaqələrin daha möhkəm olduğu bildirilir.

3 – Həyatınızda daha çox mavi olsun

Mavi rəngin adamın özünə etibarını artırdığını və stressi azaltdığını ifadə edən elm adamları, bu vəziyyətin də xoşbəxtlikdə əhəmiyyətli rol oynadığını bildirirlər.

4 – Yeniliklərə açıq olun

Yeni təcrübələrə açıq olan kəsin daha xoşbəxt olduğunu ifadə edən elm adamları, yeni şeylər öyrənmənin beyni və maraq duyğusunu hərəkətə gətirdiyini idda edirlər.

5 – Səbirli olun

Xoşbəxtliyin gözləməkdən keçdiyini vurğulayan elm adamları, gözəl anların dəyərini daha yaxşı anlaya bilmək üçün səbirli olmağı tövsiyyə edir.

6 – Başqalarına kömək edin

Xeyirxah iş görənlərin xoşbəxt etdikləri üçün daha xoşbəxt olduqları bildirilir.

7 – Yaxşı dostlar qazanın

İctimai əlaqələrin xoşbəxtlik üçün əhəmiyyətli olduğunu ifadə edən elm adamları, möhkəm dostluq əlaqələri quranların daha xoşbəxt olduğunu bildirir.

8-Sevin

Araşdırmaçılar sevgi, eşq və həyatı bir başqasıyla paylaşmanın da xoşbəxtlikdə böyük rol oynadığını ifadə edir.