Xoşqədəm arvadını rəfiqəsinə dəyişən “məşhur”un kimliyini açıqladı

Xoşqədəm Hidayətqızı
loading...

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı arvadını rəfiqəsinə dəyişən məşhurun adını açıqlayıb.

Xanim.net-in Publika.az-a istinadən məlumatına görə, nəhayət ki, “Səni axtarıram” proqramında bir neçə verilişdə anons olunan həmin adamın kimliyi bəlli olub.

Sən demə, həmin kişi vaxtilə Tatarıstandan gələn qızı tərəfindən axtarılan və qızının görüşünə gələn sadə bir azərbaycanlı imiş.

Milyonlarla insanın gözü qarşısında efirə çıxıb qızını qəbul etdiyinə görə Çiçək onu məşhur hesab edib. Hansı ki, çoxları həmin adamın tanınmış sənət adamı oduğunu zənn edirdilər.

Qeyd edək ki, sözügedən proqrama gələrək göz yaşı tökən Çiçək adlı bir qadın Azərbaycanda məşhur olan ərinin vaxtilə ona xəyanət etdiyini, onu rəfiqəsinə dəyişərək evləndiyini demişdi.

Şərh yaz