Yaşıl mərciməkli kabaçok

Şəkilsiz
loading...

İsti yay günlərində yeyə biləcəyiniz sağlıqlı və ləzzətli bir yemək.

Ailə yeməklərində soyuq başlanğıc olaraq da süfrəyə gətirə bilərsiniz.

6-8 nəfərlik Bişmə müddəti 25-30 dəqiqə

İçindəkilər:
  • 4 ədəd orta ölçülü kabaçok
  • 2 stəkan qaynadılmış yaşıl mərcimək
  • 2 ədəd orta ölçülü quru soğan
  • 2-3 ədəd orta ölçülü pomidor
  • 1 çay bardağı+2 xörək qaşığı zeytun yağı
  • Yarım çay qaşığı duz, qara bibər
  • Yarım çay qaşığı qırmızı toz bibər
  • 4-5 diş sarımsaq
  • 2 çay qaşığı şəkər
  • 1 ədəd limon suyu
  • 1 xörək qaşığı quru nanə
  • 1 -2 stəkan isti su
Hazırlanması:

Kabaçokları yuduqdan sonra ehmalca üzərini qaşıyın. 1 sm qalınlığında halqa şəklində dilimləyin.
Digər tərəfdə incəcik aypara şəklində doğradığınız soğanları, soyub kub formasında dilimlədiyiniz pomidorları və qaynadılmış yaşıl mərciməyi dərin bir qaba qoyub qarışdırın. Duz, qara bibər, qırmızı bibər və quru nanə qatıb qaşıqla təkrar qarışdırın. Üzərinə incə doğradığınız sarımsaqları, limon su-yunu və toz şəkəri əlavə edin və bu qarışığı bir kənara qoyun.

2 xörək qaşığı zeytun yağmı bir qazana qoyub üzərinə bir sıra kabaçok düzün. Bunun üzərinə hazırladığınız mərciməkli qarışığın yarısını boşaldın və ehmalca yayın.

Təkrar kabaçokları düzün və bu sıranın da üzərinə yerdə qalan mərciməkli qarışığı əlavə edin və yayın.

Qalan kabaçokları da ən üst sırada düzdükdən sonra 1 çay bardağı zeytun yağını gəzdirin. İsti suyu qazanın bir kənarından ehmalca tökün.

Qazanın qapağını örtüb, orta dərəcəli ocaqda qaynayana qədər bişirin. Qaynamağa başladığı an ocağın altını qısıb kabaçoklar yumşalana qədər 25-30 dəqiqə bişirin.

Ocaqdan alıb ilıq hala gəlməsini gözləyin və ilıq şəkildə servis edin.

Şərh yaz