Yaxın insanlarla ünsiyyət zamanı etdiyimiz səhvlər

ünsiyyət
loading...

Vəkalət ünsiyyətinin sirri nədir?
Gəlin hər kəsin rastlaşdığı 3 ünsiyyət probleminə diqqət edək.

  1. Manipulyasiya.
    Bəzən biz nəyin bahasına olursa olsun arzu olunanı əldə etmək məqsədi ilə ünsiyyət saxlayırıq. Biz küsə, hədələyə, ələ ala və insanı bizim arzumuzu yerinə yetirməyə məcbur etmək üçün hər şey edə bilərik. Bu zaman çox nadir hallarda həmin insanın özünü necə hiss etməsi barəsində düşünürük. Manipulyasiyanın bir çox üsulu və növü mövcuddur. Lakin emosional təsirin istiqamətinə görə ailələrdə tez-tez istifadə olunan ən xain və amansız manipulyasiyalardan biri sevgi ilə olan manipulyasiyadır.
  2. Yalan.
    Sözsüz ki, yalan, hətta ən möhkəm münasibətləri belə dağıda bilən ən təhlükəli ünsiyyət növlərindən biridir. Yalan və ya yalan üzərində qurulmuş oyunlar və ya münasibətlər nəticədə təlaşa və acıya gətirib çıxardır. Yalan bir-birinə olan etibarı və münasibətlərin əsasını dağıdır və yekunda, insanlar arasında etibarsızlıq yaranır. Əgər belə rəftar sizə tanışdırsa, siz öz münasibətlərinizdə və şəxsi davranışızda yalanın olmasını aşkar etmisinizsə, bu zaman dəyişilməyə çalışın və belə münasibətlərə lap əvvəldən son qoymağa çəkinməyin. Özünüz dürüst olduğunuz halda, başqalarından da yalanı qəbul edə bilməyəcəksiz. Nəticədə münasibətlərinizdə etibarlılıq və bütövlülük yaranacaq.
  3. İkiüzlülük.
    Ən yayılmış ünsiyyət formalarından biri də ikiüzlülükdür. Çox zaman insanlar bir cür deyir, amma başqa cür hərəkət edirlər. Bu vaxt insan asanlıqla özünü itirə bilər. İnsanların hərəkətlərinə həmişə diqqət edin, hərəkətlərin mahiyyətini sözlərdən daha yaxşı bilmək olar. Əgər sözlər insanın etdiyi hərəkətlərə zidd olarsa, bu zaman onlara diqqət etməyin və həmin şəxsə izah etməyə çalışın ki, belə münasibət sizin üçün təhqiredicidir və əgər o dəyişməzsə bu zaman münasibətlərə son qoyula bilər.

İnsanlara inanmaq üçün çox vaxt sərf olsa da, onlardan məyus olmaq üçün bir an belə yetərlidir.

Dürüstlük etibar doğurur. Etibar ağlınızı şübhələrdən azad edir və nəticədə qarşılıqlı anlaşma yaranır ki, bu da dostluğa, sevgiyə aparır.

Şərh yaz