Yay üçün baş geyimi

loading...

Cürbəcür şlyapalar, panamalar, kepkalar, baş örtükləri yay tətillərinin əvəzsiz elementləridir. Bu halda bu tətili harada keçirməniz əhəmiyyətli deyil, siz dəniz sahilində və ya şəhərdən kənar bir yerdə dincələrkən də bu yay aksessuarından istifadə etməli olacaqsınız.

Sizə bir neçə baş örtüyü modelini təqdim edirik.

  • Enli şlyapalar. Geniş şlyapalar romantik obrazı əla tamamlayır. Onlar həm döşəməyə qədər uzun qadın donları ilə, həm şortlar və kedlər ilə, həm də çimərlik geyimləri ilə çox gözəl uyğunlaşır. Ümumiyyətlə belə şlyapalar əvəzolunmaz yay atributu hesab edilir.şlyapa
  • Kepkalar. İdman stilinin həvəskarları üçün və ya sadəcə aktiv həyat tərzinə üstünlük verənlər üçün kepka – günəş şüalarından müdafiə üçün ən universal əşyadır.Kepka
  • Saman şlyapalar. Retro stildə olan saman şlyapalar yayda hər zaman aktual görünür. Bu tip şlyapaların hansı variantını seçmənizdən asılı olmayaraq siz hər zaman gözəl və zərif görünəcəksiniz.şlyapa
  • İri hörük. Bu saman şlyapalarının orijinal və zərif variantıdır ki, hər kəsə tamamilə uyğun gələcək. Həmçinin qeyd etmək lazımdır ki, iri hörüklərin sayəsində onlar tamamilə istilik vermir.İri hörük
  • Bantlı şlyapalar. Şlyapada balaca bir bant bu aksessuarının qadın qarderobuna aid olduğunu bildirir.shlyapa
Şərh yaz