Yay üçün dəbli pedikür

loading...

Ənənəvi olaraq yay pedikürü qış pedikürü ilə müqayisədə daha parlaq və daha cəsarətli olur. Pedikür edərkən onun manikür ilə eyni olması o qədər də vacib deyil. Bu zaman müxtəlif rəngli parlaq dırnaq boyaları istifadə oluna bilər.

Yay motivləriyay-motivi

Pedikürdə palmalar və dəniz mövzusu məzuniyyət mövsümündə ən tələb edilən dizaynlardan biridir.

Fransız pedikürüfransiz-pedikuru

Fransız pedikürü artıq çoxdan klassika dərəcəsinə keçib. Bu zərif dırnaq örtüyü istənilən obraza uyğun gələcək. Fransız pedikürü və manikürünün üstünlüklərindən biri də, onun köməyi ilə dırnaqların qeyri-mükəmməl formasını düzəltməkdir. Əgər klassik fransız pedikürü sizə bezdiribsə, bu zaman fantaziyanızdan istifadə edərək onun müxtəlif formalarından istifadə edə bilərsiniz.

Şəkillər və aplikasiyalarsekiller

Yay pedikürünün ənənəvi favoritləri çiyələk, qarpız, albalı, ananas kimi meyvə və giləmeyvə naxışlarıdır. Belə pedikür romantik və parlaq görünür.

Pastel çalarlarıpastel-calarlar

Pastel trendi artıq manikürdən pedikürə də keçib. Zərif çalarlar hətta ayaqlarda belə orijinal və maraqlı görünür. Pedikür edərkən siz həm bir tonda olan dırnaq boyasından, həm də ki bir neçə pastel çalarlarından istifadə edə bilərsiniz. Xüsusi mərasimlər üçün hətta pedikürünüzə xırda qaşlar və zərli dırnaq boyalarını da əlavə edə bilərsiniz.

Neon çalarlarıneom-dirnaqlar

Qaralmış dəri üçün neon rəngləri mükəmməl variantdır. Bu zaman yenə də həm bir, həm də ki, müxtəlif rəngli neon dırnaq boyalarından istifadə etmək olar.

Qradiyentgradient

Gözəl pedikürə bir dırnaq boyasının bir neçə çalarını istifadə etməklə nail olmaq olar. Siz həmçinin iki trendi uyğunlaşdıraraq, gözəl pedikür edə bilərsiniz. Məsələn: qradiyent və pastel.

Cizgi filimlərinin qəhrəmanlarıcizgi-filmleri

Ən gənc və cəsarətli xanımlar sevimli cizgi filmlərindən belə ideyalar götürə bilərlər. Məsələn Disney cizgi filimlərinin qəhrəmanları Mikki Maus və ya Minni Maus ilə edilmiş dırnaq dizaynı diqqətdən kənar qalmayacaq.

Gül naxışlarıgul-naxislari

Əlbəttə ki, yay mövsümünü güllərsiz təsəvvür etmək çətindir. Pedikürdə çiçək motivləri sizin seçdiyiniz yay geyimlərinə çox gözəl əlavə olacaq.

loading...
SHARE
Şərh yaz