Yay vaxtı ayaqlara qulluq

loading...

Yay vaxtı ayaqlarımız daim göz qabağında olur. Düşünməyin ki, əgər siz onlara qulluq etmirsinizsə, bu zaman buna heç kəs fikir verməyəcək. Amma buna çox fikir verilir, xüsusilə əgər siz gözəl açıq ayaqqabı geyinmisinizsə. Buna görə sizin dabanlarınız ağ, barmaqlarınız təmiz, dırnaqlarınız səliqəli və parlaq olmalıdır.

Yayda bizim açıq ayaqlarımıza günəş, toz, quru hava təsir edir. Ayaqların daim qulluq edilmiş olması üçün, müntəzəm olaraq onların qayğısına qalmaq lazımdır, çünki onlar hər gün böyük yüklənmələrə məruz qalırlar. Bu dövrdə pediküru 3 həftədə 1dəfə etmək lazımdır ki, dəri elastikliyini itirməsin.

Pedikürün əsas məsələsi “qabarların” uzaqlaşdırılmasıdır. Bu prosedur meyvə turşularının köməyi ilə yerinə yetirilir. Pəncəyə turşu çəkilir ki, o kobudlaşmış dəri hüceyrələrini uzaqlaşdırır. Sonra onlar xırda dənli pemza ilə (süngər daşı) asan təmizlənir. Prosedur ağrısızdır və uzunsürən effekt verir. Əgər siz bu proseduru ev şəraitində etmək istəyirsinizsə, bu zaman kal meyvələr əldə edin, onları vannaya qoyun və 30-40 dəqiqə ərzində onları ayaqlarınız ilə tapdalayın, sonra isə pəncələrinizi pemza ilə emal edin.

Pedikürdən sonra 2 həftədə bir dəfə soda və duzlu vannalar etmək, sonra ayaqları şəkər skrabı ilə təmizləmək tövsiyə edilir. Hər şeydən sonra ayaqlara nəmləndirici krem çəkmək, onları polietilen paketlər ilə bağlamaq və corab geyinmək lazımdır. 15-20 dəqiqədən sonra isə corabları çıxarıb, salfetlə kremin qalıqlarını silmək olar.
Dəniz sahilinə gedərkən çox güclü təmizləmə etməyin, çünki isti qumda gəzərkən siz ayaqlarınızı yandıra bilərsiniz.
Ayaqlarda qabarların və çatların profilaktikası üçün xüsusi balzamdan istifadə edə bilərsiniz ki, onu həmçinin ev şəraitində də asan hazırlamaq mümkündür.

Bunun üçün sizə 50 q. zeytun yağı, 5 q. ərik yağı, 5 q. A vitamini (yağ halında) lazımdır. Bütün inqrediyentləri yaxşıca qarışdırın. 15-20 dəqiqə ərzində ayaqlarınızı sodalı vannaya qoyduqdan sonra yağ qarışığını pəncələrinizə çəkin. Sodalı vanna hazırlamaq üçün 3 litr ilıq suda 1 ç.q. soda həll edin.

İndi isə dırnaq boyasını seçin. Əsas odur ki, manikürün və pedikürün lakı sizin geyiminiz, ayaqqabınız və əhval-ruhiyyəniz ilə uyğun olsun.

Sizə ayaqqabı rəngi ilə uyğun olacaq dırnaq boyası seçmək üçün bir neçə məsləhət təqdim edirik:ayaq-dirnaq-boyasi

  • Gümüşü və ya qızılı ayaqqabı – bütün parlayan çalarlar uyğun gələcək.
  • Qara ayaqqabı – bu rəngli ayaqqabı ilə qırmızı və çəhrayı çalar çox uyğunlaşacaq.
  • Göy ayaqqabı – firuzəyi, sarı və ya qırmızı rəngdə olan dırnaq boyası uyğun gələcək.
  • Qırmızı ayaqqabı – göy, bənövşəyi narıncı rəngdə olan dırnaq boyası uyğun gələcək.
  • Qəhvəyi və ya bej ayaqqabı – sarı və ya krem rəngli dırnaq boyası uyğun gələcək.
  • Neon çalarlı ayaqqabılar – elektrik və ya al rəngli dırnaq boyası uyğun gələcək.
loading...
Şərh yaz