Yayda saçlara qulluq

loading...

İlin ən gözəl fəsli əlbəttə ki, yaydır. Təbiətdə istirahət, çimərlik, qaralmış dəri. Biz hamımız dərimizi ultra bənövşəyi şüalardan müdafiə etmək üçün xüsusi krem və losyonlardan istifadə etməyə öyrəşmişik. Lakin günəşin təsirindən yalnız dərimiz deyil, saçlarımızda əziyyət çəkir. Məhz ilin bu vaxtı saçlarımız xüsusi diqqətə ehtiyac duyur.

Sizə yayda saçlara qulluq üçün bəzi məsləhətlər təqdim edirik.

Bir qayda olaraq, saçlar dörd tipə bölünür:

  1. yağlı
  2. quru
  3. normal
  4. kombinə edilmiş saç növü.

Yağlı saçlara qulluq

Yağlı saç sahibələrində dəri piyi günəşin təsiri altında daha çox ayrılmağa başlayır. Buna görə yay dövründə belə saçlar tez çirklənir. Bunun üçün düzgün qulluq vasitəsini seçmək əhəmiyyətlidir ki, saçlar sözəbaxan və parlaq olsun.
Bu problemin öhdəsindən gicitkən, sürvə, dəvədabanı və ya dəniz yosunlarının cövhərləri ilə hazırlanmış şampunlar, həmçinin A, E, C vitamini ilə zəngin vasitələr gəlir.

Yay vaxtı əsas yağlı saçları tez-tez yumaqdır. Bu zaman sizin saçlarınız daha uzun müddət parıltılı qalacaq, baş dəriniz nəfəs alacaq, saçlarınız isə sağlam görünəcək.

Quru saçlara qulluq

Quru saçlar tez-tez qırılır, ucları isə bir qayda olaraq saçqıranlarla dolu olur. Məhz bu səbəbdən quru saçlar üçün yay vaxtı xüsusi kosmetik vasitələr lazımdır ki, onlar uzun müddət rütubətin qalmasını təmin etsin və onların qurumasının qarşısını alsın.

Quru saçlar üçün şampunların tərkibinə jojoba yağı və ya üzüm sümüklərinin yağı daxil olmalıdır, çünki bu komponentlər rütubəti saxlamağa kömək edəcəklər. Belə vasitələrdən istifadə etdiyiniz zaman saçlarınız daha “sözəbaxan” və hamar olacaq, bundan başqa siz saçqıranlardan azad olacaqsınız.

Normal saç tipinə qulluq

Normal saçlar bərpa üçün xüsusi vasitələrə ehtiyac duymur. Amma bu o demək deyil ki, onlara günəşdən etibarlı müdafiə lazım deyil. Belə saç tipi üçün həmçinin xüsusi şampun və maskalar hazırlanır ki, saçların sağlamlığını saxlayıb və onları ətraf mühitin zərərli təsirindən qorumaq olsun.

Normal saçlar üçün vasitələr yağ vəzilərinin düzgün işini saxlamaq üçün yaradılıb. Belə şampunların tərkibinə baş dərisinin və saçların balansını dəstəkləyən yağ və qidalı maddələr daxildir.
Kombinə edilmiş saçla qulluq.

Kombinə edilmiş saç dedikdə bir qayda olaraq, yağlı köklər və quru uclar nəzərdə tutulur. Belə saçlar ən problematik hesab edilir. Onlar xüsusi yanaşmaya ehtiyac duyur, çünki dərhal iki problemlə mübarizə aparmaq lazım olur.

Belə tip saçlar üçün hazırlanmış şampun və balzamlar ikiqat təsir edici maddələrdən ibarətdir – yağ vəzilərinin işini nizama salan və nəmləndirən. Bunun üçün dəniz yosunlarının cövhəri, gicitkən və ya yumurta sarısının əsasında hazırlanmış vasitələrdən istifadə edin.

Saçlarınızın sağlam olması üçün müxtəlif qulluqedici prosedurlardan başqa baş geyimlərindən də istifadə etməyi unutmayın.

loading...
Şərh yaz