Yaz-Yay 2014-cü ildə dəbdə olacaq çantalar

Çanta dəbi
loading...

Qadın çantası kimi bir aksessuar, güclü cinsin nümayəndələri üçün əbədi tapmaca və qadınlar üçün güclü paxıllığın predmeti olaraq qalır. Aparıcı moda evlərinin yeni kolleksiyalarından olan qeyri adi modellər hətta dəb sənayesinin ən dözümlü pərəstişkarlarını belə ağıldan çıxardır.
Bu element müvəffəqiyyətli, zərif obrazın yaradılmasında mühüm rol oynayır, buna görə xanımlar onun seçiminə xüsusi diqqət ayırırlar.
Bu gün sizin stilinizə tamamilə uyğun olacaq və eyni zamanda funksional və praktiki aksessuar tapmaq asan məsələ deyil.a67
Qadın çantası – öz sahibəsinin fərdi zövqünün təzahürüdür. Bu aksessuarın seçimi insanın xarakteri və vərdişlərindən çox şey danışa bilər.
Axşam və ya gündəlik geyim dəstinə uyğun çanta seçərək geyimi, ayaqqabını və aksessuarları düzgün uyğunlaşdırmaq lazımdır.
Bundan əlavə maraqlı və çoxsahəli dəb dünyasını da nəzərə almaq eyni dərəcədə vacibdir.a68

Yaz-Yay 2014 klassik çantalar

Klassik geyim stilinə üstünlük verən qadınlara, qısa qulplu, düzbucaqlı, horizontal və ya vertikal formada olan modellər daha uyğundur. Belə çantalar Biznes Ledi-nin ofis stilinə mükəmməl yazılır və öz sahibəsinin nəfis zövqünü vurğulayır. Bu cür çantaların aktual qamması – ağ-qara, qırmızı-qara və qəhvəyidir.canta

Yaz-Yay 2014 Hörülmüş və saman çantalar

Mövsümün hiti – hörülmüş və saman çantalarıdır. İndi modapərəstlər belə çantaları yalnız çimərliyə deyil, həm də mağazaya və hətta şəhərə də götürə bilərlər. Stilistlərin fikrincə bu cür çantalar qısa platformada olan ayaqqabıyla daha gözəl görünür.a39

Yaz-Yay 2014 Hobo çantalar
Eleqant hobo tipli, ağ və krem rəngli çantalar heç vaxt dəbdən çıxmır və müxtəlif çalarlı geyimlərlə əla görünürlər. Onlar təbii parçalardan, dəridən hazırlanır və istənilən ölçüdə olur. Belə aksessuarı bəzəmək üçün, yüngül ipək örpəkdən və ya şərfdən istifadə etmək olar.hobo-cantalar

Yaz-Yay 2014 Toxunma çantalar
Əgər siz toxuma texnikasına maliksinizsə, bu zaman siz özünüz üçün dəbdə olan aksessuar yarada bilərsiniz.Çanta

Yaz-Yay 2014 Güllü çantalar
Parlaq çiçək printləri – bu yay mövsümünün daha bir məşhur trendidir. Çiçək mövzusu həmişə incə və romantik görünür. Gül elementli parçalardan və rahat uzun qulplardan ibarət olan çantalar yay obrazını mükəmməl tamamlayacaq. Sarafanla, pareola uyğunlaşdırdıqda siz çox effektli və dəbli görünəcəksiniz. Şlyapalar, muncuqlar və qolbaqlar – bu sevimli qadın əşyaları sizə öz zövqünüzü vurğulamağa kömək edəcək və nəticədə incə bir obraz yaranacaq.Güllü çantalar

Yaz-Yay 2014 Dəniz mövzulu çantalar
Yeni mövsümdə dəniz mövzusu məşhur kuturyeləri ciddi həyəcanlandırdı. Onların yaradıcılığınının nəticəsində, mavi tonlarda, ağ-qara zolaqlı, lövbərlər, balıqqulağılarla, balıqlarla bəzədilmiş yeni çanta modelləri ərsəyə gəldi.deniz-canta[justified_image_grid limit=0 facebook_id=122845817774316 facebook_album=671771262881766]