Yemək tərzinizə uyğun xarakteriniz

loading...

Əgər siz artıq uzun müddətdir ki, düzgün qidalanmaya keçməyə çalışırsınız, amma sizdə nədənsə bu alınmır, bu zaman səbəb sizin şüuraltınızda gizlənə bilər! Çoxsaylı elmi araşdırmalar iddia edir ki, qida vərdişləri və insan psixologiyası sıx qarşılıqlı əlaqədədir. İnsanın nəyi necə yeməsi onun şəxsi problemləri haqqında məlumat verir.

  • Əgər siz şirniyyatsız keçinə bilmirsinizsə, bu zaman gündəlik həyatınızda siz zərif və titrək münasibətlərin kəskin yoxluğunu hiss edirsiniz. Siz özünüzə çox yüksək tələblər qoymağa meyllisiniz və səmimi olaraq güman edirsiniz ki, bu tələblərə cavab vermirsiniz. Bu halda siz başqalarının sizə göstərdiyi münasibətə fikir vermirsiniz. Əgər siz daha çox un məmulatlarına və şirniyyatlara üstünlük verirsinizsə, bu sizin özünüzə qarşı olan inamsızlıq haqqında danışır. Siz ətrafındakıların dəstəyinə ehtiyac duyursunuz.
  • Siz krekerlər, çipslər, başqa quru və xırçıldayan məhsullarsız yaşaya bilmirsiniz? Bu zaman sizin üçün həyat özünüzün yaratdığı çətinliklərlə mübarizə ilə doludur. Siz hər boş şeyə görə daim narahat olursunuz, sabahkı günə görə narahat olursunuz və nəticədə praktiki olaraq rahatlaya və sadəcə özünüz üçün yaşaya bilmirsiniz. Siz özünüzə və əhatə edənlərə qarşı tələbkarsınız, tənqidə və dözülməzliyə meyllisiniz.
  • Əgər siz yağlı yeməklərə üstünlük verirsinizsə, bu sizin özünüzü qəbul etməməyinizdən xəbər verir. Yağlı və çətin həzm edilən qidanı qəbul edərkən, siz sanki özünüzü natamam hiss edir və özünüzü öz eqoizminizə görə cəzalandırmağa çalışırsınız.
  • Əgər siz daha çox acı yeməklərə üstünlük verirsinizsə, bu zaman siz belə qida ilə real həyatda kəskin hislərin çatışmazlığını kompensasiya etməyə çalışırsınız. Siz çox vaxt öz hisslərinizi saxlayaraq nadir hallarda təşəbbüs göstərirsiniz və buna görə sanki könülsüz və başqa plan üzrə yaşayırsınız. Həyata belə münasibət sizə ondan tam ölçüdə həzz almağa imkan vermir.
  • Duzlu qida sevərlər daim öz həyatının bütün aspektlərinə nəzarət etməyə çalışır və hər şeyi öz istədiklərinə uyğun dəyişdirməyə çalışırlar. Siz öz emosiyalarınızı çətinliklə ifadə edə bilirsiniz, amma bu halda həmişə özünüzün haqlılığını sübut etməyə çalışırsınız.
  • Əgər siz hətta yeməyi çeynəmədən tez-tez yeyirsinizsə, bu zaman siz pessimist və kinli insansınız ki, hər şeyi qara rəngdə görməyə üstünlük verirsiniz.
  • Əgər siz az qida qəbul edirsinizsə, bu zaman siz özünüzü sevgiyə layiq hesab etmirsiniz və öz orqanizminizin ehtiyaclarını qiymətləndirə bilmirsiniz.
  • Əgər siz qidanın qəbul zamanı tələsirsinizsə deməli, siz bu “yarışı” uduzmağa qorxursunuz.
Şərh yaz