Yemirəm ay ana! Kökəlirəm…

loading...

Uşaq olandan sonra bütün analar onları necə yedizdirməyi fikirləşirlər. Anaların körpənin yetərincə   süd   əmmədiyini, sonra da yemədiyini düşünmələri onlarla körpələr arasında süd və hazır mamaların mübarizə-sinə səbəb olur. Bu mübarizədə də analar məğlub olurlar. Çünki analar məcbur edən zaman körpə ya ağzını bağlayır ya tüpürür ya da qusur.

İşləyən ananın vicdan əzabı israra səbəb olur
İşləyən analar körpələrinə lazımı qədər vaxt ayırmadıqları üçün üzüntü keçirirlər və axşam evə qayıdana qədər bu hissi yaşayırlar. Gün ərzində ailə böyükləri və ya dayəsi tərəfindən nazı çəkilən uşaq anası evə qayıdanda bir yemək mübarizəsi başlayır. Anaların hər zaman uşaqların az yeməklərindən, ac qaldıqlarından şikayət etdiyini deyən mütəxəssislər bildirir ki, “Bütün analar toppuş körpələrə sahib olmaq istəyirlər.

Analar bir-birləri ilə də uşaqların az yediyini müzakirə edirlər. İşləyən analar evə gələndə uşaqların daim yeməsi üçün onları bəzən məcbur edirlər. Çox zaman da “uşağım qusur” deyə həkimə gətirənlər çox olur”. Mütəxəssislərin sözlərinə görə, son loğmasına qədər yeməyə məcbur edilən uşaq buna qusma ilə reaksiya verir. Uşaqlar ehtiyaclarına görə, genetik quruluşlarına görə qidalanırlar. Ana südü ilə qidalanan körpənin 3-4 saatdan bir yedizdirilməsi düzgündür. Ancaq analar 2 saat-dan bir uşaqları yedizdirməyə çalışırlar. Uşaq da yemək istəmir və problem yaranır.

Ana südü ilə qidalanan uşaqda şişmanlıq olmaz
Ana südü ilə qidalanan uşaqlarda şişmanlıq riski azdır. Körpə ilk vaxtlar kökəlmiş kimi görünsə də daha sonra arıqlayır.

Körpələrin qidalanmasında 2 yaşına qədər yağı azaltmamaq lazımdır. İki yaşından sonra şişmanlıq riski çox olduğu üçün yağı azaltmaq lazımdır. Bu yaşdan sonra uşaqlar süfrədə yemək yeməlidirlər. Yanlış bişirmə texnikası, yeməklərin təbii tərkibini itirilməsinə səbəb olan uzun müddətli bişirmə sağlam qidalanmaya olan məhdudiyyətlərdir. Körpəyə şəkəri və yağı yüksək olan qidalar verilməməlidir. Uşaq onları yeyir, qan şəkəri düşür və sonra da tez acır. Lazımsız qidalarla sonsuzluq kimi problem ortaya çıxır.

Hazır qidalarla uşaqları “hazır” vəziyyətə salmayın
Yalnız körpələrin yox, uşaqların da qidalanmasında müxtəlif səhvlərə yol verilə bilər. İşləyən anaların da sayının artması bu səhvlərin yaranmasına səbəb olur. Evə yorğun gələn analar vaxt az olduğu üçün sulu yemək bişirmir. Buna görə də hazır qidalardan istifadə edirlər. Hazır qidalar tez bişirildiyi üçün uşaqlar da hazır qidalar və kartof kimi yeməklərə öyrəşirlər. Bu da çöldə yeyilən yemək sayını artırır. Uşaqlar çöldə də evdə yedikləri hazır yeməkləri, qazlı və rəngli içkiləri görürlər. Mütəxəssislər uşaqlara hazır yemək yedizdirilməsini azaltmağı məsləhət görürlər və “həftədə bir dəfə yeyilsə daha düzgün olar” deyirlər. Eyni zamanda tərkibində şəkər olan içki və şirniyyatların da azaldılması vacibdir. Çünki hər gün 1 stəkandan artıq meyvə suyu içsək, bir il ərzində 5 kilo artıq çəki almağımız deməkdir. Buna görə də analara körpə və uşağın qidalanmasında sağlam qidalardan istifadə etməyə diqqət etmələri məsləhət görülür.

Pediatr – endokrinoloq Ülkər Seyidova uşaqlarını kök görmək istəyərək piylənməsinə səbəb olan analara bu məsləhətləri verir:
Müasir dövrdə getdikcə daha artan piylənmə, uşaq yaş qrupunda önəmli və daha çox rast gəlinən problem halını alıb. Son yüz ildə piylənmə problemi olanların sayı iki yüz üç yüz milyon arasında dəyişir. Bu problemin artmasının səbəbi modern həyat tərzində düzgün bəslənməmək, yağlardan və karbohidratlardan çox miqdarda istifadə etmək və fiziki aktivliyin azalmasıdır. Böyük yaş qrupun-dan olan piyli insanların 30 faizində piylənmə uşaq yaşlarından başlayır.

Kimə piyli deməliyik? Piyli uşaqların müayinəsi zamanı bədən ağırlığı boy ölçüsü ilə birlikdə dəyərləndirilməlidir. Yaş və cinsiyyətə görə, boy və ağırlıq dəyərləri tablosu var.

“Body indeks” Bİ = ağırlıq (kq) / boy (m) formulu ilə hesablanır.
Piyli uşağın müayinəsi zamanı verilən ilk sual bu olur: Uşaq ana südü ilə bəslənibmi? Ana südünün uşağın inkişafında böyük rolu olmasının bir daha sübutu – süni qidalanan uşaqlarda piylənmə probleminə daha sıx rast gəlinməsidir. İlk 1 yaşına qədər bəslənmə şəkli uşağın sonrakı illərindəki bəslənmə vərdişlərinə təsir edir. Analar uşaqlarını ilk dörd-beş yaşlarında kök görmək istəyirlər. Bu səbəbdən də rejimsiz yedizdirirlər. Piyli uşaq həmyaşıdları ilə müqayisədə hər zaman daha çox yeyən uşaq deyil, daha az enerji itirən uşaqdır. Az enerji itirmək kilo artımı üçün önəmli bir risk faktorudur. Bir və ya iki dəfə yemək və yeməklərin yüksək kalorili karbohidrat və yağla zəngin olması kilo artırma riskini artırır. Supermarket pəhrizi dediyimiz şokalad, fast food, çips, qazlı şirin sular piylənmədə böyük rol oynayır. Təbii ki, hormonal faktorlar tirosit vəzin xəstəlikləri, böyrək üstü vəzin xəstəlikləri, hiper insulinizm və bəzi genetik sindromlar kimi xəstəliklər də piylənməyə yol açır. Uşaqlarda piylənmə insulin dirənişi tibbi diabet hipertansiya, yüksək təzyiq, palikistik over sindromu, yuxu apnesi, ortopedik və psixoloji problemlərə gətirə bilər. Piyli uşaqların 10-30 faizində hipertansiyası var. Qanda LDL – xolesterol yüksəlmiş, HDL – xolestrol azalmış olur. Yağların artması ilə əlaqədar olaraq, ürək-damar xəstəlikləri artır. Qaraciyər yağlanması, öd kisəsi xəstəlikləri ortaya çıxa bilər. Qızlarda tez yaşda mens başlaya bilər və ya dcisdmermoreya və amenoreya ola bilər.
Artıq çəkili uşaqlarda ürək yükünün artmasından hərəkət bacarığı azalır, tənəffüs problemləri olur, gecə yuxu zamanı tənəffüsün dayanmasına rast gəlinə bilər və ciddi problemlərə yol açar. Bəzi psixoloji problemlərlə qarşılaşan bu uşaqlar sosial həyatdan çəkinib, özlərinə qapana, əks-cinsə qarşı maraqsız ola bilərlər. Piylənmə diaqnozu ilə uşaq mütləq həkimin nəzarətində ol-malı və müalicə almalıdır.

Müalicənin ilk amilləri isə bunlardır:

  1. Alınan enerjini azaltmaq
  2. Xərclənən enerjini çoxaltmaq

Uşaq çəkini yavaş-yavaş azaltmalıdır (ayda 1-2 kq). Sürətlə arıqlamaq başqa xəstəliklərə yol açar. Pəhrizə hazırlanan zaman, böyümə və gündəlik aktivlik, eyni zamanda lazımi maddələrin, vitaminlərin qəbulu nəzərə alın-malıdır. Buna görə də pəhriz siyahısı həkim tərəfindən hazırlanmalıdır. Enerjinin xərclənməsi üçün fiziki aktivlik piylənmənin müalicəsində çox vacibdir. Müalicənin ilk günlərində yüngül hərəkətlər edilir. Daha sonra hərəkətin sıxlığı və şiddəti artırılır. Gündəlik hərəkət sayı ən az 30 olmalıdır. Televizor seyr etmək və kompüter arxasında oturma saatları azalmalıdır.

Unutmayın, piylənmə bir xəstəlikdir, mütləq nəzarət edilməli və müalicə olunmalıdır.

loading...
SHARE
Şərh yaz