Yetkin yaşda necə yeni dostlar əldə etmək olar?

loading...

Uşaq olduğumuz zaman həyatımızda o qədər yeni dost gəlirdi ki, biz bu haqda heç düşünmürdük. Lakin artıq “real” həyatı onun təlaşı və problemləri ilə sərbəst yaşamağa başlarkən, yeni dostlar əldə etmək daha mürəkkəb məsələyə çevrilir.

Lakin, bunun üçün məyus olmağa dəyməz, çünki psixoloqlar sizə ətrafdakıların diqqətini cəlb etməyə və yeni dostlar qazanmağa kömək edəcək sadə qaydalar hazırlayıblar.

  1. İnsanlar arasında daha çox vaxt keçirin.
    Tədqiqatlar göstərdi ki, insanlar çox vaxt birlikdə olduqları halda bir-birlərinə bağlılıq hiss etməyə başlayırlar. Buna görə tez-tez müxtəlif tədbirlərə baş çəkin, gəzintiyə çıxın və daha çox dostlaşmaq istədiyiniz insanların olduğu yerləri ziyarət edin.
  2. Açıq danışıqlardan çəkinməyin.
    Çox sürətli və dərin yaxınlaşma dostluğun və hər hansı münasibətin inkişafı üçün o qədər də yaxşı variant deyil. Ancaq hətta yeni tanışlarla belə yalnız yüngül səthi söhbətlərlə məhdudlaşmaq lazım deyil. Tədqiqatlar göstərdi ki, ünsiyyətin intensivliyinin və dərinliyinin tədricən artımı ən qısa müddətə yad insanlar arasında dostluq hisslərinin yaranmasına imkan yarada bilər.
  3. Şəxsi lənətdən qurtulun.
    Psixoloqların fikrincə daimi yalqızlıq hissi tədricən reallığa çevrilməyə başlayır və yalqızlığa şəxsi münasibətin dəyişikliyi ondan qurtulmağın ən yaxşı yollarından biridir.
Şərh yaz