Yola necə geyinmək lazımdır?

loading...

Qızlar uzun məsafələrə səyahət zamanı öz zahiri görünüşləri haqqında çox narahat olurlar. Bütün hallarda onlar rahat və qüsursuz görünmək istəyirlər. Bu məqalədə səyahət zamanı yalnız müsbət emosiyalar almaq və həm özünüzə, həm də ətrafdakılara xoş təəssürat bağışlamaq üçün yola necə geyinmək lazım olduğu haqda bəhs edilir.

Rahat geyim.

İstənilən səyahətə sizə narahatlıq yaratmayan dəbli geyimlərdən istifadə etmək lazımdır. Universal dəstlərin ən parlaq nümunəsi kimi klassik cinslər və kətan köynəklər çıxış edir. Yay aylarında ictimai yerlərdə işləyən kondisionerlərdən və soyuqdəymədən qorunmaq üçün özünüzlə jaketlər, nazik gödəkçələr götürə bilərsiniz. Yol geyimi boş ülgülü olmalıdır ki, onun istifadəsi hərəkətləri məhdudlaşdırıb bədəni sıxmasın. Nəzərə alın ki, yumşaq yun, kətan və pambıq kimi materiallar bədənə xoş gəlirlər. Səyahət zamanı güllü materiallardan istifadə etməmək məsləhət görülür. Lakin bu zaman unutmayın ki, paltarlarınızın tünd qara rəngli olması da vacib deyil, müxtəlif neytral rənglərdən istifadə edə bilərsiniz. Yola adətən mini yubka və digər açıq geyimlər də yaramır, çünki onlardan istifadə zamanı bədəniniz ictimai nəqliyyatın kreslolarına yapışa bilir. Ən optimal variant – yola havaya uyğun geyinməkdir ki, gedəcəyinizin yerin hava haqqında məlumatını əvvəlcədən internetdən ala bilərsiniz.

Münasib ayaqqabı.

Yol üçün kiçik və möhkəm dabanı olan ayaqqabılar ideal variant olacaq. Bu ayaqqabılarda daban ümumiyyətlə olmaya da bilər. Məsələn, yüngül “baletkalar”-dan istifadə edə bilərsiniz. Belə ayaqqabılarda siz yorğunluq və şişlərdən uzaq olacaqsınız. Diqqət edin ki, dar sintetik ayaqqabılar ayaqların tərləməsinə səbəb olur və bununla narahatçılıq yaradırlar. Zamşadan olan ayaqqabılar isə tez batır və səliqəsiz görünüş alırlar. Bəzən (xüsusilə soyuq havalarda) təyyarə və ya qatarda olarkən ayaqqabılarınızı dəyişmək məqsədəuyğun sayılır. Əgər siz yay vaxtı yola düşməyə hazırlaşırsınızsa, bu zaman yüngül sandaliyalara üstünlük vermək lazımdır ki, onlarda ayaqlarınız rahat olacaq və minimal kəmərlər və material sayəsində ayaqlarınız rahat nəfəs ala biləcək.

“Smart casual” üslubu.

Bu sadə və rahat üsluba öyrəşmiş xanımlar, cins şalvarlar ilə gözəl trikotaj köynəyin uyğunluğunu mütləq qiymətləndirəcəklər. Bu üsluba uyğun ayaqqabılar – “espadrilyi” adlanan ayaqqabı növləridir.

Zərif üslub.

İncə zərif üslubun pərəstişkarlarına uzunluğu dizdən bir balaca ya aşağı ya yuxarı olan köynək-paltardan istifadə etmək tövsiyə olunur. Obrazın ikinci variantı kimi geniş köynəklə ətək çıxış edir. Üsluba uyğun ayaqqabı isə – kiçik dabanlı ayaqqabılardır.

İdman üslubu.

Rahat idman dəsti formalaşdırmaq üçün, təbii losinlər və ya xoş trikotajdan hazırlanmış şalvarlardan və onlara uyğun köynəklərdən istifadə etmək olar. Belə geyimdə nəqliyyat salonunda uzun müddət qalmaq da narahatlıq yaratmayacaq.

Dəbli çanta.

Yola nə geyinmək haqqında düşündükdə, həm də onunla yanaşı, hansı aksessuarların maksimum faydalı olacağı haqqında da düşünmək lazımdır ki, bu da çiynindən kəməri olan çantalardır. Yolda və ya yad yerlərdə əllərininizin boş olması məqsədə uyğun hesab edilir.

Rahat sviter.

Cinslər və ya digər əşyalarla birgə geyinilmiş qısa sviter – səfər üçün hər cür şərait yaradacaq. Düzdür, belə geyim yalnız gözəl bədən quruluşu olan xanımlara uyğundur, orta bədən quruluşlu xanımlar isə standart uzunluğu olan sviterlərə üstünlük verməli olacaqlar.

Havakeçirən köynək.

Əgər siz yay aylarında səyahət edirsinizsə, bu zaman açıq rəngli klassik kətan köynək istənilən geyiminizə uyğun olacaq. Kətan geyimdən istifadə sizə inanılmaz həzz verəcək, çünki o mayeni hopdurur və havanın sərbəst dolaşmağına imkan verir. Üstəlik belə geyim çox davamlı olur.

Əzilməyən don.

Kiçik dəbli donu özünüzlə götürə və ehtiyac olduqda ondan istifadə edə bilərsiniz. Yaxşı olar ki, belə don əzilməyən parçadan olsun ki, onu ütüləmək zəruriliyi yaranmasın. Paltar sizə həm gəzinti zamanı, həm restorana ziyarət zamanı lazım ola bilər.

Yola nə geyinəcəyiniz haqqında fikirləşdikdən sonra, həmçinin aksessuarlara da diqqət edə bilərsiniz. Əsas odur ki, bu aksesuarlar faydalı olsun. Məsələn, yay üçün gündən qorunma qabiliyyəti olan gözəl eynəklər əvəzsizdir.

Sizə gözəl istirahətlər arzu edirik!

Şərh yaz