Yorğun əhval-ruhiyyədən xilas olmaq üçün…

loading...

İlin bütün fəslillərində insanlar fəsil depresiyası səbəbindən zaman-zaman özlərini yorğun, gücsüz hiss edirlər. Bu dəfə xanımnet Sizlərə yorğunluq və fəsil depresiyası ilə mübarizə üsullarını təqdim edəcək:

Kofein yorğunluğa qarşı əla vasitədir. Bunun üçün yorğun olarkən bir fincan qəhvə için. Yorğunluq, yuxusuzluq hissi sizi tərk etməyə başlayacaq. Kofeinin tələb olunan miqdarı hərə üçün sağlamlığından, yaş həddindən asılı olaraq fərqlidir. Kofein qəbulu zamanı müəyyən həddi gözləmək vacibdir. Necə deyərlər, hər şeyin ifratı zərərdir.

Gümrah olmaq üçün enerjini çoxaldan qidalara – portağal, limon, kivi və başqa C vitamini ilə zəngin meyvə və tərəvəzlərin yorğunluq hissini minimuma endirir. Bu məhsullar həm də orqanizmin infeksiyalara qarşı müqavimətini gücləndirir.

Tərkibində C vitamini olan qidaları günün birinci yarısında qəbul etmək məsləhətdir. Bu vitamin enerjini çoxaltdığına görə axşam və gecə qəbul etdikdə yuxuya mənfi təsir göstərir.

Bundan əlavə, şokolad da enerjini artırır. 100 qram qara şokolad yorğunluqdan xilas edir. Bu baxımdan bol qozlu şokolad daha xeyirlidir. Başqa şirniyyatlar da gümrah olmağa kömək edir. Amma şirniyyatlardan çox istifadə kaloriləri çoxaldır.

Depressiya zamanı sağlamlığın təhlükə altında olduğunu deyən Babayev immun sisteminə fikir verməyi məsləhət görür: “İmmun sistemini gücləndirmək üçün ərzaqlardan ət, balıq, yumurta yemək vacibdir. Ağartı məhsulları – qatıq, süd, pendir də immun sistemini gücləndirir. Meyvə və tərəvəz də mütləq yeyilməlidir. Vitamin, minerallarla zəngin olan meyvə və tərəvəzlər yorğunluq və yaşlanmaya qarşı mübarizə aparır”.

Rəqs, yoqa, təmiz havada gəzinti, üzgüçülük gümrahlıq hissini artırar. Fiziki hərəkətlər hüceyrələri oksigenlə zənginləşdirir. Bu da enerjili olmağa kömək edir. Enerjili olmaq üçün təmiz havada çox olmaq, otağın havasını tez-tez dəyişdirmək lazımdır.

Amma bütün bunlardan əsası yorğunluq, halsızliq və bədbin əhval-ruhiyyədən qurtulmaq üçün dostlarla ünsiyyət qurmaq, əylənmək daha effektiv vasitədir.

Şərh yaz