Yox deyə bilməyənlər nə etsinlər?

Əgər sizdə yox deyə bilmirsizsə və buna görə də əziyyət çəkirsizsə o zaman bəzi vasitələrdən istifadə edin.

Birindən heç xoşunuz gəlmir amma o sizi əldə etməkdən ötrü hər bir şey edirsə və siz ondan mədəni şəkildə uzaqlaşmaq istəyirsiz, ancaq bu təklifinizə baxılmırsa artıq ondan yaxa qurtarmağın başqa yolları var. Dost qalmaq istəyiniz isə gün keçdikcə daha ha yaxınlaşırsa vaxt itirmədən hərəkətə keçməyin zamanıdır.

Bəs necə ona yox demədən bu əlaqəni pozmaq olar?

Onunla görüşlərdən uzaq olun, haradasa qarşılaşa bilərsizsə o tərəflərdə çox görünməyin.

Sizi yolda görə bilər və bu zaman evə ötürməyə məcbur edərsə başqa işinizin olduğunu deyin.

Telefonla zəng edir yaxud da sms yazırsa söhbətin uzanmasına imkan yaratmayın. Sözünüzdə qısa və dəqiq olun.

Əsla ümid verməyin.

Bu qədər davranışdan mütləq bir məna çıxacaraq və sizin tərəfdən istənilmədiyini anlayacaq.

Əgər bu variantlar da keçmirsə o zaman onunla əlaqəni tamamilə kəsin.

Şərh et