Yüksək hərarət

loading...

Yüksək hərarət (yüksək temperatur, qızdırma)

Əslində qızdırma – orqanizmin xəstəlik və ya travmaya normal, hətta arzu olunan reaksiyasıdır, yəni orqanizmin özü-özünü sağaltmaq cəhdidir. Belə orqanizm bakteriyaların, virusların və ya zərərli maddələrin müdaxiləsi ilə mübarizə aparır. Buna görə yüksək temperaturu həmişə hərarəti azaldan dərmanların köməyi ilə aşağı salmağa tələsməyin.

Ümumiyyətlə hərarətlə mübarizə ilk növbədə ona səbəb olan xəstəliyin müalicəsindən ibarətdir. Amma elə vəziyyətlər var ki, yüksək temperatur həyat üçün təhlükəli olur və bu zaman onu həqiqətən təcili aşağı salmaq lazımdır.

38-38,5°С hərarət – yüngül; 38,6 – 39,5° – mülayim; 39,5°С-dən yuxarı – yüksək qızdırmadır. 40,5-41°С-dən yuxarı temperatur artıq həyat üçün təhlükəlidir. Lakin buna baxmayaraq temperatura qarşı orqanizmin reaksiyası fərdi olur. Ürək-damar xəstəlikləri və qıcolmadan əziyyət çəkən insanlar üçün hətta yüngül qızdırma belə təhlükəli ola bilər.

Hərarət yüksək olduğu zaman orqanizmin temperaturu yüksəlir, tərləmə azalır, maddələr mübadiləsinin fəallığı və əzələ tonusu yüksəlir, dəri qurulaşır və isti olur, nəbz tezləşir, insan üşüyür və əzələ ağrılarından və zəiflikdən əsir və əziyyət çəkir, iştahı itir.

Bəs temperaturu necə azaltmaq olar?

Əgər 3-5 gün ərzində temperatur 38-38,5°С-dən aşağı düşmürsə və əgər o 40-40,5°-yə qədər yüksələrsə bu zaman onu azaltmaq və həkimə müraciət etmək lazımdır. Bunun üçün sizə bir neçə məsləhət təklif edirik.

  • Daha çox maye qəbul edin, amma bu zaman diqqət edin ki, içkilər isti deyil, otaq temperaturunda olsun.
  • Ayaqlarınızı soyuq suda saxlayın.
  • Sərin və hətta soyuq kompreslər edin. Pambıq dəsmalları isladın, bir az sıxın və xəstənin alnına, boynuna, biləklərinə və qoltuqaltına qoyun.
  • Xəstənin bədənini bir az ilıq (27-33°С) və ya neytral temperaturda olan (35-35,5°С) su ilə sürtün, sonra yavaş-yavaş qurulayın.
  • Ciddi yataq rejiminə riayət edin. Çalışın rütubəti canına yaxşı çəkə bilən pambıq geyimlərdən istifadə edəsiniz və onlar islandıqca geyiminizi dəyişin.

Temperaturun azalması prosesində bədən soyuyur, nəticədə tərləyir. Susuzluq və əzginlik hissi bu vaxt yox olmasa da, əzələ ağrıları və titrəmə keçir.

Bir sıra tədqiqatların nəticəsində alimlər aydınlaşdırdılar ki, qızdırma xəstəliyin müddətini azaldır və ağır fəsadların inkişafı riskini aşağı salır. Buna görə hərartlə düzgün mübarizə aparmaq lazımdır.

Şərh yaz