Yumurtalı Kahı Salatı

loading...

Yumurtalı kahı salatı ailənin balaca üzvlərinin sevərək yeyəcəyi salatdır.

Ayrıca günorta yeməklərinin yanında servis edə bilərsiniz.

Yumurta gec həzm olunduğu üçün ax-şam yeməklərində məsləhət görülmür.

6 nəfərlik Bişmə müddəti 15 dəqiqə

İçindəkilər:

  • 1 kahı
  • bir-neçə ədəd yaşıl soğan
  • 4 qatı bişirilmiş yumurta ağı (üzərini bəzəmək üçün)
  • Salatın sousu üçün 4 qatı bişmiş isti yumurta sarısı
  • 150 ml süd kremi yarım çay qaşığı şəkər
  • 2 limon suyu duz və qara bibər

Hazırlanması:

Sousu hazırlayın: isti yumurta sarılarını süd kreminin bir hissəsiylə yaxşıca əzərək qarışdırın.

Şəkəri, limon suyunu və qalan süd kremini əlavə edin və hər şey yaxşıca bir-birinə qarışıb düyünsüz hala gələnə qədər çəngəl vasitəsi ilə qarışdırın. Duz və qara bibərlə dadlandırın.

Kahını yuyun, süzün, incə-incə doğrayın. Salat qabına qoyun. Üzərinə incə doğradığınız yaşıl soğanları səpin. Bunun da üzə-rinə hazırladığınız sousu əlavə edin və qarışdırın.

Yumurta ağlarmı halqa-halqa kəsərək üzərini bəzəyin və servis edin.

Qeyd: sousu yumurta sarıları istiykən hazırlamanız daha yaxşıdır. İsti yumurta sarısı süd kremi ilə daha rahat əzilir və qarışır.