Zebr Tortu

Müəllif:
1234
  • 4 yumurta
  • 1 stakan şəkar tozu
  • 1 paket vanil
  • paket qabartma tozu
  • stəkan un 1 stəkan süd
  • stəkan bitki yağı
  • x.q. kakao

Əvvəlcə yumurta və şəkər tozunu mikserlə yaxşıca çalın (açıq-sarımtıl rəng alana qədər). Sonra süd, bitki yağı, vanil və qabartma tozunu əlavə edib yenidən çalın. Unu ehmalca əlavə edərək mikserlə çalmağa davam edin. Xəmir tam hazır olandan sonra onu iki bərabər hissəyə ayırın. Bir hissəsinə 2 x.q. kakao əlavə edin.

Sonra 20 sm diametri olan soba listini yağlayın və növbə ilə xəmirləri əlavə edin. 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Tort hazır olandan sonra üzərinə istəyə görə şəkər kirşanı və ya krem vura bilərsiniz. Krem hazırlamaq üçün əvvəlcə 250 q yumşalmış kərə yağını ağaranadək mikserlə çalın, sonra otaq temperaturunda olan qatılaşdırılmış südü əlavə edin.

İstəyə görə kremin üstündən qoz da səpə bilərsiniz. Bunun üçün qozu ya blenderdən keçirin, ya da elə əlinizdəcə xırdalayın. Qoz əldə xırdalanarsa, yağı da tam çıxmış olacaq.