Zefiri özümüz hazırlayaq

 Bunun üçün bizə lazımdır:

  • 4 stəkan şəkər tozu
  • 2 xörək qaşığı jelatin (20 qr)
  • 1 çay qaşığı limon turşusu
  • 0,5 çay qaşığı soda

Necə hazırlayaq:

loading...

Əvvəlcədən jelatini 100 qr suda isladın.

Şəkər tozunu qazana tökün, üzərinə soyuq su əlavə edin və orta dərəcə odun üstündə durmadan qarışdırın.

Qaynağa düşəndən 3 dəqiqə sonra jelatin əlavə edin, qazanı qaz plitəsindən götürüb kənara qoyun. Və jelatin həll olunana kimi qarışdırın. Məhlul bir qədər soyumalıdır, lakin hələ qaynar ikən onu 5 dəqiqqə mikserlə orta dərəcədə, 5 dəqiqə fasilə etdikdən sonra daha 5 dəqiqə çalmaq lazımdır. Sonda  limon turşusu ilə soda əlavə edin.

Daha sonra çəngəllə 10 dəqiqə daha çalın. Məhlul 10 dəqiqə qalmalıdır. Zefirin kütləsi 2 dəfə artacaq. Bu vaxta kimi üzəri bir qədər sulu olan taxtanızı hazırlayın (düzəldəcəyiniz zefirlərin yapışmaması üçün).Kütləni taxtanın üzərinə şprits və ya qaşıqla da qoya bilərsiniz. Kütlə quruduqdan sonra bıçaqla onları ehmalca qoparın və cüt-cüt qapışdırın.

Zefiriniz hazırdır.

Nuş olsun!

loading...
SHARE
Şərh yaz