Zərərli olduğunu fikirləşdiyimiz 5 faydalı məhsul

loading...
  1. Yumurta – Biz hesab edirdik ki, yumurta damarların tıxanmasını təhrik edir və diabetə səbəb olur. Əslində isə yumurta orqanizm üçün faydalı zülalın mənbəyidir. Əvvəllər qidalanma üzrə mütəxəssislər xolesterin, ateroskleroz və erkən infarktların qarşısını almaq üçün həftədə dörd ədəd yumurta yeməyi tövsiyə edirdilər. Lakin 2013-cü ildə keçirilmiş bir sıra elmi tədqiqatların nəticəsində məlum oldu ki, insult, başqa ürək xəstəlikləri, həmçinin diabetin yaranmasında bu məhsulun heç bir əlaqəsi yoxdur. Bundan başqa, yumurtaların müntəzəm istifadəsi hətta faydalıdır və damarlarda yığılmış zərərli xolesterini bədəndən xaric edə bilir. Toyuq yumurtası insan orqanizmi tərəfindən əla mənimsənilir. O dəmir və gözlərimizin sağlamlığını müdafiə edən lyuteinom və zeaksantin maddələri ilə zəndir. Təbii ki, söhbət supermarketlərdən alınmış deyil, təzə toyuq yumurtasından gedir.
  2. Qatqısız süd – Biz hesab edirdik ki, qatqısız süd piylənməyə gətirib çıxarır və yağsızlaşdırılmış süd daha yaxşı mənimsənilir və normal çəkini və sağlamlığı saxlamağa kömək edir. Əslində isə Harvard Universiteti tərəfindən aparılan təcrübə əsasında məlum oldu ki, yağsızlaşdırılmış süd iştahanı artırır və kalorili məhsullardan istifadə etməyə məcbur edir. Bundan başqa, yağsızlaşdırılma prosesində südün tərkibində yağları həll edə bilən faydalı vitaminlərin konsentrasiyası aşağı enir (məsələn, gözlərin və dərinin sağlamlığı üçün əhəmiyyətli olan retinol).
  3. Duz – Biz hesab edirik ki, duz — ağ ölümdür. Lakin orqanizmdə duzun çatışmazlığı mübadilə proseslərinə neqativ təsir edir. Qədin romalılar duzu “həyatın ədviyyatı” hesab edirdilər. Lakin 20-ci əsrdə insan sənaye emalında duzun tərkibini natriumla zənginləşdirib onu zərərli maddəyə çevirdi. Ancaq təbii duzun xeyiri danılmazıdr və dəniz duzu və ya himalayın çəhrayı duzunun tərkibinə natrium xloriddən başqa, qalxanvarı vəzinin işini, metabolizmi yaxşılaşdıran və stressin hormonu olan kortizolun yaranmasının qarşısını alan bir çox minerallar daxildir. Həmçinin təbii duz mədədə optimal turşu mühitini yarada bildiyinə görə həzm üçün əvəzolunmazdır.
  4. Şokolad – Biz hesab edirik ki, şokoladdan istifadə zamanı sızanaqlar, artıq çəki və ürək qıcqırması yaranır. Əslində isə tünd şokoladın tərkibində orqanizm üçün bir çox faydalı maddələr var. 2011-ci ildə Kembridj Universiteti aşkar etdi ki, şokoladın istifadəsi insultun riskini və yüksək arterial təzyiqi azalda bilər. Başqa tədqiqatlar göstərdi ki, daim şokoladdan istifadə edənlər daha qamətli olur.
  5. Kofe – Biz düşünürdük ki, qəhvə kofein olduğu üçün , o ürək-damar və əsəb sistemlərinə neqativ təsir edir. Əslində isə qəhvənin tərkibində bir çox antioksidləşdiricilər və sağlamlığı bərkidən başqa maddələr var. ABŞ-da keçirilmiş tədqiqatlar göstərdi ki, kofein beyin və bədən fəallığının ən təhlükəsiz stimulyatorlarından biridir. Birincisi, o təbii məhsuldur, ikincisi isə o neyronların reaksiyasını yaxşılaşdırır, əzələ reaksiyasını sürətləndirir, yaddaşı bərkidir, Alsqeymer, Parkinson və II-ci dərəcəli diabet xəstəliklərinin profilaktikasını təmin edir. Həmçinin o nikotini bədəndən çıxara bildiyi üçün siqaret çəkənlərə də xeyirlidir.
Şərh yaz