Zinət əşyalarının təmizlənmə qaydası

loading...

Zinət əşyaları hər bir xanımın bəzək-düzək sahəsinə aiddir. Zinət əşyaları müxtəlif materiallardan olsa da bunlar arasında qızıl məmulatları üstünlük təşkil edir. Qızıl parlaq olmalıdır. O gümüş kimi qaralmır,lakin vaxtaşırı olaraq kirli, yağlı, sabunlu nazik pərdə ilə örtülür. Xanım.net bu dəfə Sizlərə qızılın düzgün təmizlənmə qaydalarını təqdim edəcək:

Sadə, yumuşaq təmizləmək üsulu həm də ən rahatıdır. Kiçik bir ləyənə qab yuyan vasitədən tökür onu köpükləndiriririk. Zinət əşyalırınızı suya salın casino deutschland və bir az gözləyin.Yumşaq diş fırçası ilə onları sürtür və ələyə qoyub ilıq suyun altında yaxalayırıq.Zamşa deyilən parça ilə yaxud quru pambıq əski ilə qurulamaq lazımdır.

Çox çirklənmiş qızılları naşatır spirtini bərabər miqdarda su ilə qarışdırır və bu məhlulda isladırıq. Yenə də fırçalayır və qurulayırıq.

Lakin qeyd etmək lazımdır ki, ən effektiv, təhlükəsiz və bahalı metod zərgərlərə müraciət etməkdir. Əgər təmizləmə prosesinin çox həssas aparılmasını istəyirsinizsə, zərgərə müraciət edin.

Şərh yaz